COVID-19-dan ən çox zərər çəkən İtaliya və İspaniya tədricən normal həyata qayıdır

COVID-19-a qarşı mübarizədə ölənlərin sayı və yoluxmalardakı artım səbəbi ilə bir aydan çoxdur ki, nəzarəti əlinə alan iki Aralıq dənizi ölkəsi pandemiyadan zərər görən iqtisadi və sosial sistemlərini düzəltmək üçün Avropa Birliyi (Aİ) nəzdində birlikdə işləyirlər.
Kanal8.az xəbər verir ki, bu barədə Anadolu Ajansı məlumat yayıb.
Mütəxəssislər dünyadakı COVID-19 ölümlərinin təxminən 35 faizinin İtaliya və İspaniyada görülməsi səbəbini tədbirlərə gec başlanması, diaqnostik müayinələrin olmaması və hər iki ölkədə yaşlı əhalinin çoxluğu ilə əlaqələndirirlər.
Avropada ölü sayına görə birinci yeri tutan İtaliyada son məlumatlara görə ölənlərin sayı 21.067-ə yüksəlib.
Günlük ölüm saylarında İtaliyanın 969 ilə 27 martda, İspaniyanın 950 ilə 2 apreldə zirvəyə çatmasından sonra yeni yoluxmaların sayının azalması, iqtisadi olaraq daha bir itki yaşamaq istəməyən iki Aralıq dənizi ölkəsində normala qayıdış müzakirələrini sürətləndirib.
“Peyvənd olmadan tamamilə normal həyata qayıtmaq mümkün olmayacaq”, –deyən İspaniyanın baş naziri Pedro Sançes və nazirlər, digər yandan virusun iqtisadi və sosial itkilərini minimuma endirmək üçün yollar axtarırlar.
Qeyd edək ki, İspaniyada COVID-19 səbəbi ilə 14 martdan indiyə qədər fövqəladə vəziyyət tətbiq edilib. Lakin zərurət olan bəzi yerlərin işləməsinə icazə verilib.
- İnşaat, ağır sənaye, istehsalyönümlü və kiçik biznes işləyir;
- Ticarət mərkəzləri, restoran və yeməkxanalar, bütün kollektiv tədbirlərin keçirildiyi yerlər isə hələ də bağlıdır.
Hökumət qanuna uyğun olaraq, hər 15 gündə bir uzadılmalı olan fövqəladə vəziyyətin 26 apreldən sonra mayın ortasına qədər bir daha uzadılacağını bildirib.
Digər xəbərlər
Azərbaycanda tibb, təhsil və sosial müdafiə müəssisələrində yeni qida normaları təsdiq ediləcək
Azərbaycanda minimum istehlak səbətinin qida məhsulları üzrə tərkibi əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tibb, təhsi...
Bakıda iki məktəbdə nöqsanlar aşkarlanıb - Direktorlar işdən çıxarılıb
Paytaxt məktəblərində monitorinqlər davam etdirilir. MÜTDA-dan Kanal8-ə verilən məlumata görə, paytaxtdakı ümumi təhsil müəssisələrində aparıl...
Bu yol bağlıdır - Sürücülərin nəzərinə!
Binəqədi rayonu, Zəngəzur küçəsində aidiyyəti dövlət qurumu tərəfindən yolda təmir işləri aparılır. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzin...
Bu gün Azərbaycanın bəzi hissələrində qaz olmayacaq
Bakının Sabunçu və Suraxanı rayonlarındakı mövcud qaz xətlərində aparılacaq təmir-bərpa və quraşdırma işləri ilə əlaqədar olaraq 20.05.2025-ci il...
Ağdamın Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Kanal8 xəbər verir ki, Ağdam...
Azərbaycan - Macarıstan oyununun biletləri satışa çıxarılıb
Futbol üzrə Azərbaycan və Macarıstan yığmaları arasında keçiriləcək yoldaşlıq oyununun biletləri satışa çıxarılıb. Kanal8 xəbər verir ki, bile...
Bako Sahakyan məhkəmədə Azərbaycan ərazilərinin işğalı üçün keçirilən hərbi əməliyyat və döyüş tapşırıqlarının hazırlanmasında iştirakını etiraf edib
Mayın 19-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Bako Sahakyan işğal olunmuş Azərbaycan ərazilərində ...
Azərbaycanda bu yol əsaslı təmir edilir - Video
Cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qusar rayonunda 5 min nəfər əhalinin ya...