Aprel 15, 2020

Karantin rejimini pozan 29 nəfər həbs olunub – Rəsmi

Ötən 2 gündə xüsusi karantin rejimini pozduqlarına görə 1 cinayət işi üzrə 3 nəfər barəsində həbs-qətimkan tədbiri seçilib, 26 nəfər isə inzibati qaydada həbs olunub. 7314 nəfərə isə inzibati cərimə tətbiq edilib.

Bu barədə Kanal8.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, respublikanın daxili işlər orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən nəzarət tədbirləri ilə aprelin 13-dən 15-dək olan müddətdə epidemiya əleyhinə rejimi pozan 4 iaşə obyektinin fəaliyyət göstərməsi faktı aşkarlanıb. Həmin obyekt sahiblərinin hər biri inzibati cərimə edilib.

Sutka ərzində respublikanın şəhər və rayonlarında təşkil olunmuş xüsusi polis postlarından, o cümlədən, həmin postlardan kənarda olan ara və köməkçi yollardan keçməyə cəhd göstərdiklərinə və karantin rejimini pozduqlarına görə ümumilikdə 7314 nəfərə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə tətbiq edilib, 26 şəxs isə inzibati qaydada həbs olunub, 1 cinayət işi üzrə 3 nəfər barəsində həbs-qətimkan tədbiri seçilib.

Eyni zamanda, koronavirus infeksiyası ilə əlaqədar sosial şəbəkələrdə həqiqətə uyğun olmayan məlumatlar yaydığına görə 3 nəfər inzibati qaydada həbs, 3 nəfər isə cərimə edilib.

“Bir daha vətəndaşlarımızı şəxsi gigiyena qaydalarına əməl etməyə, özünütəcrid tədbirlərinə uyğun davranmağa, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmağa, digər şəxslərlə minimum kontaktda olmağa, ünsiyyət zamanı 2 metrlik ara məsafəsi saxlamağa və Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tələb və qərarlarına ciddi riayət etməyə çağırırıq”, – deyə DİN-in yaydığı məlumatda qeyd olunub.


Digər xəbərlər


Azərbaycanda telefonlara proqram yükləməklə şəxsi məlumatları ələ keçirən kibercinayətkar həbs edilib - DTX-nin əməliyyatı

Bakı şəhəri Səbail rayon məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) davam edən cinayət işi üzrə təqsirləndirilən Azərbaycan Respublikası...

“Sputnik Azərbaycan”ın rəhbəri və baş redaktoru jurnalistikaya aid olmayan tapşırıqları yerinə yetirmək üçün Azərbaycanda olublar – BƏYANAT

“Sputnik Azərbaycan”ın rəhbəri İqor Kartavıx və baş redaktor Yevgeni Belousovun saxlanılmasının Rusiya Jurnalistlər İttifaqının açıq ...

Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi isti və quru hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Bu barədə Kanal8-ə FHN-dən məlumat verilib. Bildir...

Ərdoğan: Bu gündən etibarən Türkiyə üçün yeni tarixi səhifə açılıb

Türkiyə 47 illik terror bəlasından PKK-nın dünən silahları təhvil verməsi ilə xilas olmağa başladı. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğ...

Türkiyədə güclü meşə yanğını başlayıb

Suriyanın Ləzkiyə bölgəsində meşəlik ərazidə baş verən yanğın, Türkiyənin cənub sərhədində yerləşən Hatayın Yayladağı rayonuna keçib. Günlərlə...

Avtomobillərin utilizasiyası sistemində boşluqlar: İşbazlar fürsətdən istifadə edirlər — VİDEO

Utilizasiya üçün rayonlarda məntəqələrin olmaması sakinlərin narazılığına səbəb olur. Kanal8 bu barədə “Xəzər Xəbər”ə istinadla xə...

Azərbaycanda zəlzələ olub

İsmayıllıda zəlzələ baş verib. Kanal8 xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Zəlzələlərin tədqiqatı ...

Tovuz döyüşlərindən 5 il ötür

Bu gün Tovuz döyüşlərinin növbəti ildönümüdür. Kanal8 xatırladır ki, Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan döyüşlərdən beş il ötür. ...