Aprel 15, 2020

Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı Komissiya yaradılıb – SƏRƏNCAM

Prezident İlham Əliyev “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Komissiya yaradılıb.

Baş nazirin müavini Şahin Mustafayevin sədri olduğu Komissiyanın üzvləri Ekologiya və Təbii Sərvətlər naziri, İqtisadiyyat naziri, Kənd Təsərrüfatı naziri, Maliyyə naziri, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti və Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin rəisidir.

Komissiyaya su ehtiyatlarından istifadə və su təsərrüfatının idarə olunması sahəsində mövcud vəziyyəti, su ehtiyatlarından istifadədə səmərəliliyin artırılmasını, uçotun və idarəetmənin təkmilləşdirilməsini və bu sahədə operativ əlaqələndirməni, bu Sərəncamda verilən tapşırıqların icrası üçün müvafiq dövlət orqanlarının (qurumlarının), elmi müəssisələrin (təşkilatların), ixtisaslı mütəxəssislərin, habelə beynəlxalq ekspertlərin cəlb olunmasını təmin etmək, görülən işlər barədə hər altı aydan bir Azərbaycan Prezidentinə məlumat təqdim etmək tapşırılıb.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.


Digər xəbərlər


Azərbaycan MN: Rusiya sülhməramlılarının Xankəndində təntənəli sıra düzülüşü planlaşdırılır

“10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanata uyğun olaraq müvəqqəti olaraq Azərbaycan ərazisində yerləşdirilmiş Rusiya sülhməramlı...

MAXE olmaq istəyənlərə kurslar keçirilir

Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kimi xidmət etmək istəyən əsgər və kursantlar Silahlı Qüvvələrin Təlim və...

Azərbaycanda 1 həftəlik tətil başlayır

Mayın 9-dan Ramazan bayramı ilə əlaqədar Azərbaycanda tətil başlayır. Tətil mayın 16-dək davam edəcək.Qeyd edək ki, Ramazan bayramı ilə əlaqəd...

Əziz Şuşa, sən azadsan! - Bu 8 May Şuşadayıq

Azərbaycanın qədim şəhəri olan Şuşa 29 ildən sonra ilk dəfədir may ayının 8-ni azad şəkildə qarşılayır. Uzun illər 8 may tarixini Şuşa şəhərinin ...

Yol polisinin bu şöbələri bayram günlərində də işləyəcək

Daxili İşlər Nazirliyi əməkdaşları bayram günlərində gücləndirilmiş iş rejimində xidmət aparacaq, yol polisinin qeydiyyat-imtahan və texniki baxı...

ASF qeyri-sabit hava şəraiti ilə bağlı sahibkarlara müraciət edib

Aqrar Sığorta Fondu (ASF) son günlər ölkədə müşahidə edilən qeyri-sabit hava şəraiti ilə bağlı fermerlərə və kənd təsərrüfatı fəaliyyəti ilə məşğ...

Vətən müharibəsində itkin düşən daha bir hərbi qulluqçunun nəşi tapılıb

Həyata keçirilən əməliyyat-istintaq tədbirlərinin nəticəsində itkin düşmüş daha bir hərbi qulluqçu tapılaraq, şəxsiyyəti müəyyənləşdirilməklə, me...

Bakıda qanunsuz aksiya keçirməyə cəhd edilib

Bu barədə Kanal8-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bu gün paytaxtın Nəsimi rayonunda bir qrup şə...