Aprel 16, 2020

Daha 20 min şəxsə birdəfəlik ödəniş edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsiz kimi qeydiyyata alınan şəxslərdən daha 20 min nəfər üçün birdəfəlik vəsaiti bank filiallarına və poçt şöbələrinə köçürüb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, həmin şəxslərə işsiz kimi qeydiyyata alınmaq üçün müraciət edərkən qeyd etdikləri telefon nömrələrinə bu barədə SMS göndəriləcək.

Mesajı aldıqdan sonra evdən çıxmaq üçün müvafiq qaydada icazə almaqla, mesajda “Azərpoçt” MMC qeyd edilibsə – istənilən poçt şöbəsinə, bank göstərilibsə – həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edərək birdəfəlik ödəməni əldə edə bilərlər.

İşsiz şəxslərin birdəfəlik ödəmə ilə təminatına aprelin 9-dan başlanılıb və ödəniş prosesi gündəlik davam edir. Ötən 6 gündə Nazirlik tərəfindən artıq 120 min işsiz şəxs üçün birdəfəlik vəsaitin bank filiallarına və poçt şöbələrinə köçürülməsi təmin olunub.

Qeydiyyata alınan digər işsizlər də birdəfəlik ödənişlə təmin olunacaqlar.


Digər xəbərlər


Mehriban Əliyeva Prezident İlham Əliyevlə birgə Şəkiyə səfərindən görüntülər paylaşıb (FOTO)

Birinci vitse-prezident Mehriban Əliyeva Prezident İlham Əliyevlə birgə Şəkiyə səfərindən görüntülər paylaşıb. Kanal8-in məlumatına görə, payl...

İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə Oğuzda inşa edilmiş körpələr evi-uşaq bağçasının açılışında iştirak edib

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Oğuz şəhərində inşa edilmiş 100 yerlik körpələr evi-uşaq bağçası dekabrın 2-də istifadəyə verilib. Kanal8...

Formula 1 üzrə Çin Qran-Prisi ləğv olunub

2023-cü ildə Çində keçirilməsi nəzərdə Formula 1 yarışı ləğv olunub. Buna koronavirusla bağlı çətinliklərin davam etməsi səbəb olub. Bu barədə...

Türkiyədə limanda partlayış olub

Türkiyənin Samsun bölgəsindəki dəniz limanında partlayış baş verib. Kanal8 xəbər verir ki, bu barədə «Haber Global» məlumat yayıb. Partlayı...

Rusiyada MiQ-31 qırıcısı qəzaya DÜŞÜB

Rusiyanın Primorsk şəhərində «MiQ-31» qırıcı təyyarəsi qəzaya uğrayıb. Bu barədə TASS məlumat yayıb. Ölən və yaralananlar barədə hələ məlum...

Bayden Putinlə danışıqlar üçün şərtini açıqlayıb

ABŞ Prezidenti Co Bayden Rusiya lideri Vladimir Putinlə danışıqlar aparmaq üçün şərtini açıqlayıb. Baydenin sözlərinə görə, Putin Ukraynadakı ...

Şuşada yük maşını aşıb: Ölən var

Dekabrın 1-də saat 10 radələrində Şuşa rayonunun Daşaltı kəndi ərazisində Biləsuvar rayon sakini Nadir Kazımovun idarə etdiyi yükü yanacaq olan “...

SEPAH-ın generalı, keçmiş komandir həbs edilib

İran İnqilabının Keşikçiləri Korpusunun keçmiş komandirlərindən general Məhəmməd Bağır Bəxtiyar İran təhlükəsizlik qüvvələrinin evinə hücumu nəti...