Karantin qaydalarını pozan “jurnalist” saxlanılıb
Ölkədə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar Şirvan şəhəri ərazisində xidmətdə olan polis əməkdaşları küçədə gəzən bir nəfərə yaxınlaşaraq icazə və şəxsiyyətini təsdiq edən sənədlərini tələb edərkən o, jurnalist olduğunu, çəkiliş etmək məqsədilə çölə çıxdığını bildirib.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, ondan vəsiqə tələb olunduqda heç bir sənəd təqdim edə bilməyib və planşetlə yoxlanılarkən “8103” SMS icazə sistemindən də icazəsinin olmadığı məlum olub. Özünü reportyor kimi qələmə verən həmin şəxs Polis Şöbəsinə dəvət edilib.
ŞPŞ-də onun əvvəllər xəbər saytlarından birinin müxbiri işləyən, ancaq sonradan işdən kənarlaşdırılan və hal-hazırda heç bir media orqanının əməkdaşı olmayan Şirvan şəhər sakini Mirsahib Səmədov olduğu müəyyən edilib.
M.Səmədovun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün şəhər məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə o 20 gün müddətində inzibati həbs olunub.
Digər xəbərlər
Bakı metrosunun sərnişindaşımanın maya dəyərini süni şəkildə artırdığı üzə çıxıb
Hesablama Palatasının “Bakı Metropoliteni” QSC-də apardığı audit nəticəsində sərnişindaşımanın maya dəyərinin süni şəkildə artırıldığı üzə çıxıb....
KİV: AZAL-a məxsus təyyarənin “Pansir S-1” vasitəsilə vurulması təsdiq edilib
AZAL-a məxsus təyyarənin dekabrın 25-də Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı Rusiyada aparılan cinayət işi hava gəmisinin “Pansir S-1” HH...
ABŞ-nin ÜST-dən çıxması təşkilatı çətin duruma salıb
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ABŞ Prezidenti Donald Trampın təşkilatdan çıxmaq qərarından sonra xərcləri azaldacaq və proqramların prioritetl...
Hesablama Palatası Bərpa, Tikinti və İdarəetmə Xidmətində nöqsanlar aşkar edib
Hesablama Palatası Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətində həyata keçirdiyi kənar dövlət maliyyə nəzarə...
Azərbaycanda ilk dəfə qar voleybolu üzrə ölkə çempionatı keçiriləcək
Azərbaycanda ilk dəfə qar voleybolu üzrə ölkə çempionatı keçiriləcək. Bu barədə Azərbaycan Voleybol Federasiyasının (AVF) mətbuat xidməti məlu...
“Azərpoçt” Şuşada fəaliyyətə başlayıb
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında əhaliyə poçt xidmətlərinin göstərilməsi davam etdirilir. “Azərpoçt” MMC növbəti poçt məntəqəsi...
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında əsassız əməkhaqqı ödənişləri aşkarlanıb
Hesablama Palatası Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında həyata keçirdiyi kənar dövlət maliyyə nəzarəti tədbiri nəticəsində n...
Hesablama Palatası bu nazirlikdə nöqsanlar aşkarlayıb
Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilib. Bu barədə Palatadan bildirilib. Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun r...