Tibbi maska taxmaq məcburi oldu

Polşa hökuməti ölkə vətəndaşlarının ictimai yerlərdə mütləq tibbi maska taxması haqqında rəsmi qərar qəbul edib.
Kanal8.az xəbər verir ki, bu gündən Polşada evdən çıxan bütün şəxslər tibbi maska taxmalı, üzlərini şarf və ya dəsmal ilə örtməlidirlər.
Qeyd olunub ki, üzün alt hissəsi koronavirusu başqalarına yoluxdurmamaq üçün bağlanmalıdır, çünki yoluxmuş insanda infeksiya əlamətləri olmaya bilər.
Dörd yaşdan kiçik uşaqlar istisna olmaqla, göstəriş hamıya şamil olunur.
Qayda bütün ictimai yerlərdə: dükanlarda, kilsələrdə, kinoteatrlarda, məktəblərdə, ictimai nəqliyyatda, ofislərdə və istehsalatda, parklarda və bulvarlarda qüvvədədir.
Piyada, avtomobil və ya digər fərdi nəqliyyat vasitələri, velosiped və ya skuterlə hərəkət edərkən burun və ağız nahiyəsi örtülü olmalıdır.
Qeyd edək ki, Polşada 7.582 nəfər koronovirus daşıyıcısıdır. Bu günə kimi ölkədə 286 nəfər pandemiyanın qurbanı olub, 668 nəfər isə sağalıb. Hazırda 2.400-dən çox xəstə müalicə alır, təqribən 144.000 insan ev karantinindədir, 28.000-ə yaxın insan epidemioloji nəzarətdədir.
Son həftələr ərzində isə koronavirus üçün 150.000-dən çox test edilib.
Digər xəbərlər
Mobil tətbiqlər reklam daşıyıcısı hesab olunacaq
Reklam daşıyıcılarının əhatə dairəsi genişlənib. Kanal8-in xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Reklam haqqında” qanuna...
Bu şərabların reklamı qadağan edilib
Prezident İlham Əliyev “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Üzümçülük və şərabçılıq haqqında”, “Dərman vasitələri haqqında” və “Re...
Dövlət Gömrük Komitəsi hava limanında baş verən hadisəyə münasibət bildirib
Xanım bloger “İnstaqram” sosial şəbəkəsindəki “iconmekh” adlı səhifəsində hava limanında xidmət aparan gömrük əməkdaşlarının onun anasına qarşı k...
İcra icraatı üzrə nağd ödəniş qadağan olunub, tələbi pozanlar cərimələnəcək
İcra icraatı üzrə nağd ödəniş qadağan olunub, tələbi pozan məmurlar cərimələnəcək. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar ...
Məhkəmədə nümayiş olunan videomaterialda David İşxanyan Qarabağın Ermənistana birləşdirilməsini əsas məqsəd adlandırıb
Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs David İşxanyanın 2016-cı ildə keçmiş qondarma qurumun tel...
Prezident ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətləri olan bir qrup şəxsi təltif edib
Prezident İlham Əliyev ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi barədə Sərəncam imzalayıb....
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir. Proses Bakı Məhkəmə Ko...
Taksi sürücüsü olmaq istəyənlərin nəzərinə!
Şəhadətnamə almaq istəyən taksi sürücüləri üçün iyunun 19-da növbəti imtahan keçiriləcək. Kanal8 xəbər verir ki, bu barədə Dövlət İmtahan Mər...