Amerikalı mütəxəssislər Covid-19’un Uhan şəhərindəki laboratoriyadan sızdığını hesab edir

Bu haqda ABŞ-da fəaliyyət göstərən FoxNews telekanalı xəbər verib.
Kanal öz mənbələrinə istinadən xəbər verir ki, Covid-19 Çində virusları tədqiq edən laboratoriyalardan birindən kənara sızıb. O da vurğulanır ki, Uhandakı laboratoriyanın çalışdığı viruslar baktereoloji silah kimi istifadə üçün nəzərdə tutulmayıb.
FoxNews-da olan məlumata əsasən, bu virusa ilk yoluxan insan məhz laboratoriyanın əməkdaşı olub, daha sonra bu insanın Uhan şəhərindəki ünsiyyətdə olduğu insanlar vasitəsi ilə virus geniş yayıla bilib və şəhəri Koronavirusun əsas yayılma ocağına çevirib.
Həmçinin telekanalın verdiyi məlumatda o da qeyd edilir ki, Çin hökümətinin virusun insana keçdiyi ilk yer kimi göstərdiyi bazar bu ölkənin hökumətinin bazardan bir neçə kilometr aralı, Uhanda fəaliyyət göstərən laboratoriyadan fikir yayındırmaq cəhdindən başqa bir şey deyil.
Çərşənbə axşamı, Washington Postun verdiyi məlumata görə, hələ 2018–ci ilin yanvar ayında Pekindəki ABŞ səfirliyi Çin hökumətini Uhandakı Virusologiya institutunda və onun laboratoriyalarında təhlükəsizlik tədbirlərinin lazimi səviyyədə olmaması ilə bağlı məlumatlandırıb.
Qeyd edək ki, Uhandakı sözü gedən laboratoriya Fransa hökumətinin yardımı ilə qurulub.
Amerikan mənbələri bildirir ki, virusun laboratoriyadan sızma ehtimalı peyda olan kimi Çin hökuməti buna işarə edə biləcək bütün maddi sübutları məhv edib və dünya miqyasında öz imicini ağartmaq üçün geniş təbliğat kampaniyasına başlayıb.
İlkin mərhələdə Çində bu virusun insandan-insana keçməsi haqda məlumat verən çinli həkim və jurnalistlərin də bir çoxunun yoxa çıxması virusun əsl mənbəsi haqqında şübhələri artırır. Əldə olunmuş məlumatlar, Çin hökümətinin ilkin mərhələdə gördüyü tədbirlərin virusun deyil, virus haqqında məlumatların dünya ictimaiyyətinə sızmasının qarşısını almağa yönəldiyini göstərir.
Digər xəbərlər
Dövlət Xidmətinin rüşvətə görə tutulan vəzifəli şəxslərinin məhkəməsi başlayır
Beyləqanda torpaq sahələrinə dair çıxarışın verilməsinə görə rüşvət almaqda təqsirlədirilən vəzifəli şəxslər – Ayxan Səfərov və Dəyanət Ata...
Bakıda bir marşrut xətti üzrə avtobusların hərəkət sxemi DƏYİŞDİRİLİR
Aprelin 2-də, saat 08:00-dan 22:00-a qədər Bakıda 71 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək. ...
XİN: "Fazil Mustafaya qarşı terror aktının istintaqının ilkin izləri İrana dəlalət edir"
“Azərbaycan öz ərazisindən üçüncü dövlətlərə qarşı istifadəyə heç zaman imkan verməyib”. Bunu Xarici İşlər Nazirliyinin (XİN) mətb...
Azərbaycan yığmasının İrəvanda yarışda iştirakı hələ təsdiqlənməyib - Federasiya
Azərbaycan Ağır Atletika Federasiyası Azərbaycan ağır atletika yığmasının İrəvanda keçiriləcək Avropa çempionatında iştirakının təsdiqlənməsi ilə...
Putin Rusiyanın yeni xarici siyasət konsepsiyasını təsdiqləyib
Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşündə ölkəsinin yeni xarici konsepsiyasını qəbul edib. TASS xəb...
Roma Papası sabah hospitaldan evə buraxılacaq
Viral bronxitdən müalicə alan Roma Papası Fransisk sabah xəstəxanadan evə buraxılacaq. Bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat y...
Qərbi Azərbaycan İcması 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
Qərbi Azərbaycan İcması 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününü ilə əlaqədar bəyanat yayıb. Kanal8 xəbər verir ki, bəyanatda deyili...
Psixiatr: Bəzən autizm spektr pozuntulu uşaqların konkret fəaliyyətlərdə istedadları olur
“Autizm spektr pozuntulardan əziyyət çəkən uşaqlar xüsusi diqqət və qayğı tələb edilən qrupdur. Valideynlər körpənin hər inkişaf dövrünə uy...