Aprel 17, 2020

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını müqəddəs Pasxa bayramı münasibətilə təbrik edib

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını müqəddəs Pasxa bayramı münasibətilə təbrik edib.

AZƏRTAC xəbər verir ki, təbrikdə fərqli sivilizasiyaların qovşağında yerləşən Azərbaycanda yüz illərdir müxtəlif xalqların və dinlərin nümayəndələrinin əmin-amanlıq, mehriban qonşuluq, qarşılıqlı etimad və anlaşma şəraitində yaşadıqları qeyd olunur. Vurğulanır ki, dərin tarixi köklərə malik tolerantlıq ənənələrimizin qorunub saxlanılması, multikultural dəyərlərə söykənən ictimai münasibətlərin təbliği və təşviqi Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin başlıca istiqamətlərindən biridir.

Təbrikdə daha sonra deyilir: “Azərbaycan Respublikasında formalaşmış nümunəvi dövlət-din münasibətləri cəmiyyətin bütün təbəqələri kimi, xristian icmasına da öz dini-mənəvi dəyərlərindən lazımınca faydalanmaq imkanı yaradır. Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, cəmiyyətimizdə özünəməxsus yeri olan pravoslav xristianlar ölkəmizdə gedən böyük inkişaf və quruculuq prosesinin fəal iştirakçılarıdır”.

Builki Pasxa bayramının bütün dünyanı bürümüş təhlükəli epidemiyanın bəşəriyyəti təhdid etdiyi bir vaxta təsadüf etdiyini qeyd edən Prezident İlham Əliyev əminliklə bildirir ki, üzləşdiyimiz qlobal bəla ilə mübarizədə həmvətənlərimiz yüksək məsuliyyət, həmrəylik və mütəşəkkillik nümayiş etdirəcək, xalqımız bu çətin sınaqdan da uğurla çıxacaq.

Dövlətimizin başçısı yeniliyin, dirçəlişin, birlik və bərabərliyin rəmzi sayılan nurlu Pasxa bayramı münasibətilə pravoslav xristian icmasının nümayəndələrinə can sağlığı, xoşbəxtlik və əmin-amanlıq arzulayıb.


Digər xəbərlər


Hikmət Hacıyev: Azərbaycan özünü sanksiyalar altında olan qonşularına qarşı mümkün ssenarilərə hazırlayıb

Azərbaycan özünü sanksiyalar altında olan qonşularına qarşı mümkün ssenarilərə hazırlayıb. Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prez...

İranda daha üç nüvə alimi öldürülüb

İranda İsrail zərbələri zamanı daha üç atom üzrə alimin öldürüldüyü bildirilir. ...

Xocalıda "Son zəng" keçirilib

Xocalı şəhəri 1 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri keçirilib. Kanal8 xəbər verir ki, tədbirdə iştirak edən qonaqlar məz...

34 il sonra Şuşada “Son zəng” çalınıb

Bu gün Şuşa şəhərində 34 ildən sonra ilk dəfə “Son zəng” çalınıb. Şuşa şəhər 1 nömrəli tam orta məktəbin 8 şagirdi məzun adını qazanıb. Kanal8...

Prezidentin köməkçisi: Azərbaycana kömək yox, əməkdaşlıq və tərəfdaşlıq lazımdır

Avropa İttifaqının tam olaraq nə istədiyi bilinmir. Kanal8 xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administra...

Bu avtomobil yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

İyunun 14–16-da Binəqədi–Novxanı avtomobil yolunda aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılaca...

Rusiyanın Xalq artisti təxliyə işlərində göstərilən yardıma görə Azərbaycan Prezidentinə təşəkkür edib

Astara sərhəd-keçid məntəqəsindən təxliyə edilən Rusiyanın Xalq artisti, rejissor Fyodr Bondarçuk Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür ed...

İranın Baş Qərargah rəisinin iki müavini İsrailin hava zərbələri zamanı həlak olub

İran Silahlı Qüvvələrinin Baş Qərargahı İsrail zərbələri nəticəsində Baş Qərargah rəisinin iki müavininin həlak olması barədə məlumat yayıb. B...