Aprel 17, 2020

Şənbə gününün havası

Ekologiya və Təbii Sərvətlər Nazirliyi aprel ayının 18-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Xidmətindən Kanal8.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Səhər bəzi yerlərdə duman olacaq, mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 9-11, gündüz 14-19, Bakıda gecə 9-11, gündüz 16-18 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Aprelin 18-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 6-11, gündüz 20-25, dağlarda gecə 1-6, gündüz 10-15 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, aprelin 18-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.


Digər xəbərlər


Monqolustan paytaxtında etiraz aksiyaları keçirilir

Monqolustanın paytaxtı Ulan-Batorda 3 gündür davam edən etiraz aksiyaları nəticəsində 6 nəfər yaralanıb. Məlumatı xarici KİV-i yayıb. Bildi...

“WhatsApp”da video zənglər üçün yeni funksiya yaradılıb

“WhatsApp” mesencerinin istifadəçiləri videozənglərlə bağlı yeni funksiyaya giriş əldə edəcəklər. Bu barədə “WABetaInfo”nun mütəxəssisləri məl...

Zelenski “ilin adamı” seçilib

“Financial Times” qəzeti Ukrayna prezidenti Vladimir Zelenskini ilin adamı elan edib. Ukraynanın dövlət başçısı Böyük Britaniyanın əfsanəvi ba...

Hulusi Akar Azərbaycan-Türkiyə birgə hərbi təlimlərini izləyəcək

Türkiyənin milli müdafiə naziri Hulusi Akarın Azərbaycana səfərinin məqsədi açıqlanıb. Kanal8-in xəbərinə görə, bu barədə Müdafiə Nazirliyinin...

Yollar buz bağlaya bilər — Xəbərdarlıq

Şaxtalı hava şəraiti ilə əlaqədar yolların buz bağlaması ehtimalı var Milli Hidrometeorologiya Xidmətinin dekabrın 5-i saat 12:00-a olan məlum...

Türkiyədə sərnişin avtobusu tramvayla toqquşub — Xeyli sayda yaralı var

Türkiyənin İstanbul şəhərinin Alibeyköy rayonunda sərnişin avtobusu tramvayla toqquşub. Kanal8 “TRT”yə istinadən xəbər verir ki, ilkin məlumat...

Qeyri-sabit hava həftə sonunadək davam edəcək

Qeyri-sabit, yağıntılı hava şəraiti Bakı və Abşeron yarımadasında həftə sonunadək davam edəcək. Kanal8 xəbər verir ki, bunu Hidrometeoroloji P...

Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimi keçirilir

Azərbaycanla Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Azərbaycan-Türkiyə birgə təlimi keçirilir. Bu barədə Ka...