Saxta arayışlar satan şirkət rəhbəri saxlanıldı

Ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına qarşı Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
DİN-dən Kanal8.az-a verilən məlumata görə, keçirilmiş növbəti uğurlu əməliyyat nəticəsində Ağcabədi rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Oktay Quliyev xüsusi karantin rejimi ilə bağlı polis postlarına təqdim olunması və sərbəst hərəkət etmək istəyən ayrı-ayrı şəxslərə rəhbəri olduğu “AZİNTELLEKTSERVİS LTD” və “TQİK-A” MMC-lərin saxta arayışlarının hər birini 100-200 manata satarkən saxlanılıb.
Araşdırma zamanı müəyyən olunub ki, adıçəkilən şəxs xüsusi karantin rejiminin qaydalarını pozaraq sərbəst hərəkət etmək üçün 10-a yaxın vətəndaşın saxta sənədlər əsasında “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirib. Bununla da Oktay Quliyev saxta sənəd satdığı şəxslərin xüsusi karantin qaydalarının tələblərini pozaraq sərbəst hərəkət etməsinə şərait yaradıb. Saxlanılan şəxsə məxsus paytaxt ərazisində yerləşən ofisə baxış zamanı eyni məqsədlə hazırlanmış saxta arayışlar, boş blanklar, möhürlər və digər iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar aşkar olunaraq götürülüb.
Qeyd edilən faktla bağlı Baş İdarədə zəruri istintaq hərəkətləri və əməliyyat tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyi bir daha vətəndaşlardan koronavirus pandemiyası ilə mübarizədə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminə əməl etməyi tələb edir. Əks halda qaydaları pozan şəxslərə qarşı qanunvericilikdə nəzərdə tutulan qaydada ciddi cəza tədbirləri görüləcək.



Digər xəbərlər
Antiterror tədbirlərindən sonra Qarabağda 123 mina zərərsizləşdirilib
Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən Qarabağ bölgəsinin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi üzrə tədbirl...
Bu şəxslərin təhsil haqqı dövlət büdcəsindən ödəniləcək
Müharibə veteranlarının dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti h...
Qarabağın erməni sakinlərinin reinteqrasiyası ilə bağlı görülən işlər açıqlanıb
Azərbaycan Respublikası Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası ilə bağlı əməli fəaliyyətə başlayıb. Bununla əlaqədar, Qarab...
Anti-terror tədbirləri uğurla başa çatdıqdan sonra Qarabağın bütün ərazilərinə ciddi şəkildə nəzarət edilir - DİN
Anti-terror tədbirləri uğurla başa çatdıqdan sonra Qarabağ iqtisadi rayonunun bütün ərazilərində Azərbaycan Respublikasının hüquq-mühafizə orqanl...
Azərbaycanda bu hərəkətlər monopoliya hesab ediləcək
Azərbaycanda rəqabətin əhəmiyyətli dərəcədə məhdudlaşdırılması halları müəyyən edilir. Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən ic...
Cərimələrin ödənişinə dair tələblər sərtləşdirilir
Maliyyə sanksiyaları zamanı 30 gün müddətində bazar subyekti tərəfindən göstərişdə qeyd edilən məbləğ dövlət büdcəsinə ödəniləcək. Bununla bağ...
Xankəndiyə qayıdış üçün hazırlıq işlərinə başlanılıb
Xankəndiyə qayıdış üçün hazırlıq işlərinə başlanılıb. Kanal8 xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət K...
MN: "Azərbaycan Ordusu Ermənistanın hərbi avtomobilinə atəş açmayıb"
Oktyabrın 2-si saat 14:25 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zərkənd...