Aprel 18, 2020

Vergi ödəyicilərinə müraciət edilib

Koronavirus pandemiyasının (COVID-19) yayılmasının qarşısının alınması ilə əlaqədar Nazirlər Kabineti yanında operativ qərargahın tələblərini nəzərə alaraq, vergi ödəyicilərinə xidmət mərkəzlərinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

Məlumatına görə, Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət Baş İdarəsinin rəisi, vergi ombudsmanı Elçin Məmmədov vergi ödəyicilərinin elektron xidmətlərdən daha çox faydalanmaları ilə bağlı müraciət edib.

E. Məmmədov bildirib ki, yaranmış vəziyyətlə əlaqədar vergi orqanları qarşısında duran vacib məsələlərdən biri də vergi ödəyiciləri ilə lazımi səviyyədə kommunikasiyanın yaradılmasıdır: “Vergi ödəyicilərinə xidmət mərkəzlərinin fəaliyyətinin müvəqqəti olaraq dayandırılmasına baxmayaraq, vergi ödəyicilərinə həmin mərkəzlərdə təqdim olunan bütün xidmətlər elektron formada davam etdirilir. Təqdim edilən elektron xidmətlər haqqında məlumat Vergilər Nazirliyinin rəsmi səhifəsində yerləşdirilib. Hazırda vergi ödəyiciləri tərəfindən ən çox müraciət Çağrı Mərkəzinə daxil olur. Mərkəz tərəfindən karantin dövrünə qədər zənglərin 99 faizi cavablandırılsa da, karantin dövründə zənglərin sayı kəskin artıb və bu rəqəm indi təxminən 45-50 faizə enib”.

E. Məmmədov “ASAN imza”ların verilməsi ilə əlaqədar olaraq daxil olan müraciətlər haqqında da məlumat verib. Bildirib ki, “ASAN imza”nın verilməsi ilə bağlı qaydalara əsasən vergi ödəyicisinin vergi orqanına gəlməsi və onun imzası tələb olunurdu. Lakin yaranmış vəziyyətlə əlaqədar olaraq Vergilər Nazirliyi “ASAN imza”nın verilməsini tamamilə elektronlaşdırıb. Son günlərdə vergi ödəyicilərinə elektron qaydada təxminən 7000 “ASAN imza” təqdim edilib. Bununla yanaşı, etibarlılıq müddəti bitən “Asan İmza” sertifikatlarının etibarlılıq müddətinin aprel ayının 1-dən mayın 31-dək ödənişsiz olaraq avtomatik uzadılması və qeyd olunan müddət ərzində abunə haqlarından azad olunması məqsədilə müvafiq dəyişikliklər həyata keçirilib.

E. Məmmədovun vergi ödəyicilərinə müraciətində Vergilər Nazirliyinin təqdim etdiyi elektron xidmətlərdən yararlanmaq tövsiyə olunur. Bu həm vergi orqanlarının işi, həm də vergi ödəyicilərinin təhlükəsizliyi üçün faydalıdır.


Digər xəbərlər


Noyabrın 25-də bütün sosial yardımlar ödəniləcək

Noyabrın 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. Bu barədə Kanal8-ə Əmək...

Yaşayış minimumu haqqında qanun layihəsi birinci oxunuşda qəbul edilib

Milli Məclisin bu gün keçirilən iclasında “2023-cü il üçün yaşayış minimumu haqqında” qanun layihəsi I oxunuşda müzakirəyə çıxarılıb. Layihəni...

Pensiyaların 400 manat üzərində olması planlaşdırılır

“Azərbaycan öz sosialyönümlü siyasəti ilə əhalinin rifah halının yüksəldilməsi üçün öz hədəflərini müəyyən edir və həyata keçirir”. Bunu Milli...

Azərbaycanda tələbələrin təqaüdləri artırılacaq

Gələn ildən Azərbaycanda tələbələrin təqaüdləri orta hesabla 20 % artırılacaq. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Mil...

2023-cü ildə müavinətlər, pensiyalar artırılacaq — Nazir AÇIQLAYIB

2023-cü ildə müavinətlər və pensiyalar artırılacaq. Kanal8 xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəs...

Azərbaycanda pensiya ilə bağlı sığorta stajı daha 3 il uzadılır

Azərbaycanda pensiya ilə bağlı sığorta stajının müddəti daha 3 il uzadılır. Kanal8-in xəbərinə görə, bununla bağlı “Əmək pensiyaları haqqında”...

Pensiyalar bu tarixdə ödəniləcək

Noyabrın 5-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub. Bu barədə Kanal8-ə Dövlət Sosi...

Azərbaycanda pensiyaçılar üçün yaşayış minimumu artırılır

Gələn il Azərbaycanda pensiyaçılar üçün yaşayış minimumu 199 manat olacaq. Bu, Hesablama Palatasının DSMF-nin gələn il üzrə büdcəsi ilə bağlı ...