Aprel 20, 2020

Alaattin Çakıcı türk qəhrəmanı, yoxsa qatil?

Bir çox ölkələrdə olduğu kimi Türkiyədə də ədliyyə orqanları yaşı 65-i keçmiş bir çox məhbusu vaxtından əvvəl azad edib, amma Türkiyədə azad olunmuş ən məşhur məhkum Alaattin Çakıcıdır.

Çakıcı 16 aprel saat 00.30 tarixində Ankara yaxınlığında Sincan ciddi rejimli həbsxanasından azad edilib. Çıxışda onu onlarla insandan ibarət olan böyük bir qrup qarşılayıb. Çıxdıqdan sonra böyük avtomobil kortejinin müşayiəti ilə Alaattin Çakıcı həbsxanadan uzaqlaşıb

Günlərdir Çakıcının azad olunması və onun həbsxana qarşısında qarşılanması Türkiyə KİV-lərində və sosial mediasında aktiv müzakirə və mübahisə mövzusudur.

Bəs Alaattin Çakıcı kimdir? Niyə həbs olunub? Və niyə diqqət mərkəzindədir?

Bu sualın cavabını tapmaq üçün biraz əvvələ getməyimiz lazımdır. Kiminin “əsl türk milliyətçisi və qəhrəman”, kiminin “qatil və cani”, kiminin isə “Türkiyənin xaç atası adlandırdığı” Alaattin Çakıcı 20 Yanvar 1953-cü ildə Trabzon vilayətinin Fındıklı kəndində anadan olub.

1980-ci illərdə milliyətçi hərəkatında öz aktivliyi və milliyətçi baxışları ilə seçilən Çakıcı Türk xüsusi xidmət orqanları tərəfindən Sovet KQB-sinin dəstəklədiyi solçu terrorçulara, ASALA-dan olan erməni terrorçularına və PKK-ya qarşı aparılan mübarizəyə cəlb olunur. Mənbələr bildirir ki, o əsasən, ölkə xaricində keçirilən əməliyyatlarda iştirak edib.

1980-ci illərdə Türkiyənin Milli Kəşfiyyat təşkilatının terrorla mübarizə idarəsinə rəhbərlik etmiş Mehmet Eymür öz ifadəsində bildirib ki, Alaattin Çakıcı 1988–ci ilin aprelində MİT-in Yunanıstanın paytaxtı Afinada keçirdiyi xüsusi əməliyyata cəlb olunub. Əməliyyat nəticəsində 28 aprel 1988-ci ildə ASALA terror təşkilatının yaradıcılarından və liderlərindən biri olan erməni terrorçu Haqop Haqopyanı qətlə yetirib.

Alaattin Çakıcı həmçinin MİT-in ASALA-ya qarşı Livanda keçirdiyi əməliyyatlarda da iştirak edib. Daha sonra Balkan ölkələrinə qeyri-rəsmi kanallarla silah göndərilməsini təşkil edib.

Qeyd edək ki, Alaattin Çakıcı MİT üçün işləməyə başlayanda artıq bir neçə ağır cinayət işinə görə Türkiyədə axtarışda idi. Bunu nəzərə alan MİT Çakıcını həm də Türkiyə polisindən qorumalı olub.

Alaattin Çakıcının şəxsi həyatı da digər işləri kimi qarışıq və qalmaqallıdır.

Çakıcı 1991–ci ildə birinci həyat yoldaşından boşanaraq Türkiyədə “xaç atalarının xaç atası” kimi bilinən Dündar Kılıçın qızı ilə ailə qurur. Lakin bu evlilik də 1994–cü ildə bitir.

1995-ci ildə Alaattin Çakıcının ikinci həyat yoldaşı Nuriye Uğur Kılıç Bursa yaxınlığında Uludağ istirahət bölgəsində oğlunun gözü qarşısında qətlə yetirilir. Türkiyənin hüquq mühafizə orqanları bu qətlin sifarişçisinin Alaattin Çakıcı olduğunu müəyyən edir. Bu cinayətə görə Çakıcıya 2006-cı ildə məhkəmənin çıxardığı qərarla 19 il 2 ay həbs cəzası verilir.

Qeyd edək ki, Nuriye Uğur Kılıç yanvarın 20-si, yəni Çakıcının doğum günü gətlə yetirilmişdir.

Çakıcı Türkiyədə işlədiyi cinayətlər səbəbi ilə bir neçə dəfə ölkədən qaçır, Türkiyədən kənarda həbs olunaraq bu ölkəyə qaytarılır.

Maraqlıdır ki, Çakıcı ilk dəfə xaricdə həbs olunanda üstündə başqa adda verilmiş türk diplomatik pasportu, ikinci dəfə həbs olunarkən üstündə yenə də başqa adda verilmiş türk xidməti pasportu olur. Mütəxəssislər hesab edir ki, bu pasportlar başqa adlara verilsə də saxta olmayıb və aidiyyatı orqanlar tərəfindən verilib. Bu isə Çakıcının 1992-ci ildən sonra da Türkiyə xüsusi xidmət orqanları və siyasi dairələri ilə yaxın münasibətdə olduğunu göstərir.

1992-ci ildə Çakıcı Türkiyəni başqa adda verilmiş sənədlərlə tərk edir və 1998-ci ilə kimi müxtəlif ölkələrdə gizlənir. Bu müddət ərzində o, Türk polisi tərəfindən Türkiyədə ittiham edilən sifarişli qətllər va başqa cinayətlərə görə axtarışa verilir.

1998-ci ilin 17 avqustunda Çakıcı Fransanın cənubunda Nitsa şəhərindəki otellərin birində sevgilisi türkiyəli bəstəkar və müğənni Selçuk Uralın qızı Aslı Ural ilə birlikdə yaxalanır. Həbs olunarkən, onun üzərində başqa adda verilmiş türk diplomatik pasportu aşkar edilir.

Bunun ardınca baş verən kaset skandalından sonra, Çakıcıya yardım etdiyinə görə Türkiyənin o zamankı dövlət naziri Eyüp Aşık istefa verir. Həmçinin Çakıcının qaçışına kömək etməkdə mətbuat bir sıra iş adamlarını, MİT-in yüksək rütbəli şəxslərini və o zamanki Daxili İşlər naziri Meral Akşeneri də ittiham edir.

Çakıcı 16 ay Fransada həbsdə qaldıqdan sonra Türkiyəyə ekstradisiya edilir.

Alaattin Çakıcı özü də MİT-ə, yəni Türkiyənin Milli Kəşfiyyat xidmətinə işlədiyini məhkəmə prosesi zamanı etiraf edib. Lakin MİT-in onu bir agent kimi istifadə edib sonra aldatdığını da deyib.

Çakıcı 1 dekabr 2002-ci ildə Türkiyədə həbsdən azad olunur. Ölkəni tərk etmək icazəsinin olmamasına baxmayaraq, Alaattin Çakıcı başqa adda verilmiş sənədlərlə Türkiyəni tərk edir.

2004-cü ildə iyulun 14-ü Alaattin Çakıcı Avstriyada həbs olunaraq həmin ilin oktyabrında Türkiyəyə təhvil verilir. Çakıcı həbs olunarkən bu dəfə də üzərində başqa adda verilmiş türk xidməti pasportu aşkarlanır.

Türkiyəyə ekstradisiya olunduqdan sonra Alaattin Çakıcı yenə də məhkəmə qarşısına çıxır, bundan əvvəl Türkiyədə işlədiyi cinayətlərə görə, o cümlədən sifarişli qətllər, ayrı-ayrı şəxslərə qarşı sui-qəsd cəhdləri və başqa cinayətlərə görə uzun müddətli həbs cəzası alır.

Bu gün Alaattin Çakıcı Türkiyədə birmənalı olaraq qəbul olunmayan ziddiyyətli bir fiqurdur. Bəzi ekspertlər ehtimal edir ki, Çakıcı həbsxanada olarkən onun azad olunması MHP rəhbəri Devlet Bahçeli ilə prezident Rəcəp Tayyip Ərdoğan arasında bir neçə dəfə müzakirə olunub, hətta siyasi alver məsələsinə də çevrilib.


Digər xəbərlər


Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Avqustun 2-si saat 03:27 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən...

Avqustun 9-dan “Əks göstəriş sertifikat”ı veriləcək

Avqust ayının 9-dan etibarən Azərbaycanda istifadəsinə icazə verilən vaksinlərə qarşı əks göstərişləri olan şəxslərə “Əks göstəriş sertifikat”ını...

Fəhlə dəzgahın içərisinə düşərək ölüb

İyulun 31-i saat 9 radələrində Ağdaş rayonu ərazisində yerləşən şirniyyat istehsalı ilə məşğul olan müəssisədə 1992-ci il təvəllüdlü Ülvi Sadıqov...

Bu gün azərbaycanlılara işgəncə verən ermənilərə hökm oxunacaq

Bu gün Yasamal Rayon Məhkəməsinin inzibati binasında Birinci Qarabağ müharibəsi zamanı əsir götürülmüş azərbaycanlılara qarşı amansız işgəncələr ...

Azərbaycanda “Aİ-95” markalı benzinin qiyməti qalxıb

Azərbaycanda bu gündən etibarən “Aİ-95” markalı benzinin qiymətində dəyişiklik edilib. Trend xəbər verir ki, “Aİ-95” markalı benzinin 5 qəpik ...

Heydər Əliyev Mərkəzində “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirilib

İyulun 30-da Azərbaycan Prezidentinin köməkçisi, “Yüksəliş” müsabiqəsinin təşkilat komitəsinin üzvü Anar Ələkbərov müsabiqənin qalibləri ilə görü...

Mehriban Əliyeva: Türkiyə xalqının kədəri bizim kədərimizdir (FOTO)

Birinci vitse-prezident Mehriban Əliyeva güclü meşə yanğınları və onların törətdiyi fəsadlarla bağlı Türkiyə xalqına başsağlığı verib. Kanal8-...

Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid olub

İyulun 23-ü saat 16:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Er...