İlham Əliyevlə Həsən Ruhani arasında telefon danışığı olub

Aprelin 20-də İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Kanal8-in məlumatına görə, Prezident İlham Əliyev və Prezident Həsən Ruhani Ramazan ayının gəlişi münasibətilə bir-birilərini təbrik edib və ən xoş arzularını xalqlarımıza çatdırmağı xahiş ediblər.
Dövlət başçıları ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayıb, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminliklərini bildiriblər.
Söhbət zamanı koronavirus pandemiyası ilə mübarizə sahəsində ölkələrimizdə həyata keçirilən tədbirlər və görüləcək işlərlə bağlı məsələlər müzakirə edilib. Eyni zamanda, pandemiya dövründə ölkələrimiz arasında tranzit-nəqliyyat sahəsində əməkdaşlıqdan, eləcə də yükdaşımaları, o cümlədən “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə daşımaların davam etdirilməsindən məmnunluq ifadə edilib, bu istiqamətlərdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Digər xəbərlər
Lavrov Rusiyanın ən yüksək mükafatı ilə təltif olunub
Rusiya prezidenti Vladimir Putin Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrova Rusiyanın ən yüksək mükafatı olan Müqəddəs Apostol Endry...
Ərdoğan növbəti seçkilərdə namizəd olacaq?
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə keçiriləcək növbəti prezident seçkilərində namizədliyini irəli sürmək niyyətində deyil. Kanal8 ...
"Kreml bununla razılaşmayıb" - Peskov
Rusiya və Ukrayna nümayəndə heyətləri arasında növbəti danışıqların Vatikanda keçirilməsi ilə bağlı heç bir razılaşma olmayıb. Bunu Rusiya pre...
İsrail səfiri Azərbaycana təşəkkür edib
İsrailin Bakıdakı səfiri Corc Dik Azərbaycana İsrail diplomatlarına və ölkədəki yəhudi icmasına dəstək və müdafiəyə görə təşəkkür edib. Bu bar...
Netanyahu: İsrail diplomatik missiyalarının təhlükəsizliyini gücləndirəcək
İsrail dünya üzrə səfirliklərində təhlükəsizlik tədbirlərini gücləndiriləcək. “Times of Israel”-in məlumatına görə, bunu İsrailin ...
Azərbaycan XİN İsrailə başsağlığı verib
“Vaşinqtonda dəhşətli hücum nəticəsində həlak olan iki israilli diplomatın ailələrinə və İsrail dövlətinə dərin hüznlə başsağlığı veririk...
Azərbaycan səfiri İran XİN müavini ilə ikitərəfli əlaqələri müzakirə edib
Azərbaycanın İrandakı səfiri Əli Əlizadə İran xarici işlər nazirinin beynəlxalq və hüquqi məsələlər üzrə müavini, Xəzər dənizi məsələri üzrə xüsu...
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub
Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov mayın 21-də Azərbaycanda səfərdə olan Türkiyə Quru Qoşunlarının 1-ci Ordu komandiri ord...