Aprel 20, 2020

Növbəti 30 min şəxs üçün birdəfəlik vəsait köçürülüb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsizlər və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul şəxslərdən ibarət aztəminatlıların daha 30 min nəfəri üçün birdəfəlik vəsaiti (190 manat) aidiyyəti üzrə köçürdü.

Prezident İlham Əliyevin tapşırığına əsasən birdəfəlik ödəmə proqramının əhatə dairəsi 3 dəfə artırılıb və proqram 600 min şəxsi əhatə edəcək. Aprelin 9-dan gündəlik olaraq ödəniş prosesi həyata keçirilir.
Bununla 230 min işsiz üçün birdəfəlik ödəmə təmin edilib.

Birdəfəlik ödəmə vəsaiti köçürüldükdən sonra onların telefon nömrəsinə bu barədə SMS göndərilir.
İşsiz şəxslər bu mesajı aldıqdan sonra, evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, mesajda “Azərpoçt” MMC qeyd edildiyi halda istənilən poçt şöbəsinə, bank göstərildiyi halda isə həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edərək birdəfəlik ödəməni əldə edirlər.

Ödənişlər qarşıdakı günlərdə də davam edəcək.


Digər xəbərlər


Azərbaycan-ABŞ Yaşıl Enerji Forumu keçiriləcək

Aprelin 3-də Bakı Biznes Mərkəzində Energetika Nazirliyi və Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığ...

Bakıda orta aylıq əməkhaqqı açıqlanıb

Bu ilin yanvar ayında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 086,9 manat təşkil edib. Bu barədə Kanal8 Bakı şəhər Statistik...

Mərkəzi Bank uçot dərəcəsini qaldırıb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi artıraraq 8,5 %-dən 8,75 %-ə çatdırılması barədə qərar qəbul...

Bütün müavinət, təqaüd və ünvanlı yardımlar ÖDƏNİLİB

Əmək və Əhalinin Sosal Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən Novruz bayramı ilə əlaqədar mart ayının müavin...

Bu ayın sosial ödənişləri Novruz bayramı ərəfəsində tam ödənəcək

Əmək və Əhalinin Sosal Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) ölkənin digər bölgələri üzrə mart ayının pensiyala...

Pensiyalar bu tarixdə tam ödəniləcək

Azərbaycanın rayonları üzrə pensiyaların ödənilməsi mart ayının 15-nə nəzərdə tutulub. Bu barədə Kanal8-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Na...

Bu təhsil müəssisələrində maaşlar artırılıb

Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət peşə təhsili müəssisələrində idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məş...

Bakı, Sumqayıt və Abşeron üzrə mart ayının pensiyaları ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı və Sumqayıt şəhərləri, eləc...