Sabah müşahidə olunacaq hava şəraiti açıqlanıb

Aprelin 21-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim cənub-qərb küləyi səhər arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 9-13, gündüz 15-19, Bakıda igecə 10-12, gündüz 16-18 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 756 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz olacaq.
Aprelin 21-də Azərbaycanın rayonlarında arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 8-13, gündüz 23-28, dağlarda gecə 3-8, gündüz 10-15 dərəcə isti olacaq.
Digər xəbərlər
Kahramanmaraşda zəlzələ olub
Türkiyənin Kahramanmaraş şəhərində 5,3 və 4 bal gücündə zəlzələlər olub. AFAD-ın yaydığı məlumata görə, zəlzələ yerin 7 km dərinliyində baş ve...
“Qarabağ” - “Qalatasaray” oyununu “Haber Global” canlı yayımlayacaq
“Qarabağ”la Türkiyənin “Qalatasaray” klubu arasında keçiriləcək xeyriyyə oyununu Türkiyənin “Haber Global” televiziya kanalı canlı yayımlayacaq. ...
Növbəti istirahət günlərində regionlarda gözlənilən hava şəraiti açıqlanıb
İstirahət günlərində regionlarda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Kanal8-ə verilən məlumata görə, Qəbəl...
Oqtay Əliyevin dəfn olunacağı yer dəyişdirilib
Əməkdar mədəniyyət işçisi, “SOY Production”un baş direktoru, prodüser Oqtay Əliyev bu gün “Qurd qapısı” qəbiristanlığında...
ÜST dünya miqyasında vəba təhlükəsi barədə xəbərdarlıq edib
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qlobal səviyyədə vəba təhlükəsi barədə xəbərdarlıq edib. Bu barədə təşkilatın hesabatında bəyan edilib. S...
Mehriban Əliyeva: Uca Allah etdiyiniz duaları, tutduğunuz orucu qəbul etsin!
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “İnstagram” hesabında Ramazan ayının başlanması münasibətilə paylaşım edib. Kanal8 ...
Bu gün AVRO-2024-ün seçmə mərhələsinə start veriləcək
Bu gün 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatının seçmə mərhələsinə start veriləcək. İlk olaraq C, H və J qruplarında səkkiz oyu...
Azərbaycanda Ramazan ayı başlayıb
Azərbaycanda Ramazan ayı başlayıb. Ramazan ayının ilk günü miladi təqvimlə 2023-cü il martın 23-dür. Belə ki, bununla bağlı Qafqaz Müsəlmanlar...