Şassiləri- ilan məskəni, qanadları-quş yuvası – video

Hazırda bütün dünyada tuğyan edən COVID-19 aviasiya sahəsindən də yan keçmədi və “öz sözünü” burada da deməyi bacardı.
Bloomberq xəbər verir ki, dünya üzrə 62% təyyarə hazırda yerdə park edilmiş vəziyyətdədir və aviadaşıyıcılar üçün ən prioritet məsələrdən biri təyyarələrə vaxtında qulluq etmək, texniki baxış keçirmək və uzun müddət “işsiz” qaldıqları üçün onları işə yararlı vəziyyətdə saxlamaqdır. Təyyarələrin salonu tez-tez təmizlənir və xüsusi dərman vasitələri ilə yuyulur.
Bu məsələdə çətin məqam isə hərəkətsiz qalan bütün təyyarələri yer üzərində park etməkdir.
Məlumatda həmçinin bildirilir ki, təyyarələrin hamısını bir yerdə park etmək bəzən mümkünsüz olduğundan ABŞ, Hindistan və Avstraliya kimi ölkələr səhraya üz tuturlar. Buraya təyyarə saxlamaq üçün bütün şərait və avadanlıqlar gətirilib.
Lakin burada belə problemlər qaçılmazdır.
Belə ki, səhra ilanları və quşları özlərinə yeni “ev” taparaq, təyyarə şassilərinə sarılıb, quşlar isə təyyarələrin qanadlarında özlərinə yuva qurur.
Təyyarə sahibləri bu problemin həllində artıq gücsüz olduğunu bildirir. Vəziyyətin çətinliyindən danışan aviaşirkətlər heç bir zaman belə çətin vəziyyətin başlarına gələcəyinə inanmadıqlarını deyir və bu kabusun tez bir zamanda bitəcəyinə ümid edir.
Digər xəbərlər
Pensiya alanların nəzərinə!
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə iyul ayının pensiyaları ödənilib. Kanal8 xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu...
Sosial yardım alanların nəzərinə: Məbləğ arta bilər
“Azərbaycan Prezidenti “Yaşayış minimumu haqqında” qanunda dəyişiklikləri təsdiq edib. Yeni dəyişikliklərə əsasən, tibb və təhsil müəssisəl...
Azərbaycanda orta aylıq əmək haqqı artıb
Bu ilin yanvar-may aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı ötən ilin eyni dövrünə nisbətən 9...
Azərbaycanda unun topdansatış qiymətləri açıqlanıb
İyulun 10-na Azərbaycandakı un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin satış qiyməti 25,8-28 manat, o cümlədən Bakı ş...
Ötən ay Azərbaycanda ucuzlaşan və bahalaşan məhsulların SİYAHISI
Cari ilin iyun ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma uzun düyünün, kolbasa məmulatlarının, balıq və balıq ...
Pensiya alanların nəzərinə!
İyulun 11-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, eləcə də Naxçıvan üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub. Kanal8 xəbə...
Kənd təsərrüfatının siyahıya alınması ilk dəfə işğaldan azad edilmiş əraziləri də əhatə edəcək
Kənd təsərrüfatı sahəsində qərarların qəbulu üçün əsas statistik informasiya mənbəyi olan siyahıyaalınma ölkəmizdə cari il iyul ayının 15-dən avq...
Ödənilə bilməyən bu borcları dövlət qaytaracaq
“Milli Məclisdə “Dövlət borcu” haqqında qanuna dəyişikliklər ikinci oxunuşda müzakirə edilərək qəbul olundu”. Kanal8 xəbər verir k...