Aprel 21, 2020

Koronavirusu müəyyən edə biləcək ağıllı saat üzərində işlənilir

Stenford Universitetinin və Scripps Research araşdırma laboratoriyasının alimləri birgə layihə olaraq koronavirusu müəyyən edə biləcək fitness-qolbaq və smart-saatlar istehsalı layihəsi üzərində işləyir.

Qeyd edək ki, eyni adlı layihə üzərində Massaçusets Universiteti alimləri də işləyir. Tədqiqatçılar təqdim edilən cihaz vasitəsi ilə ilkin olaraq virusa yüngül şəkildə yoluxan xəstənin nəfəs tezliyini izləyə biləcək. Xəstənin halı pisləşdikdə həmin cizah bu haqda həm xəstəyə, həm də həkimlərə məlumat ötürə biləcək.

Belə bir cihazın yaşlı insanlara daha yararlı olacağı düşünülür. Belə ki, yaşlı insanların virusa yoluxmuş olduqlarının vaxtında aşkarlanmamaq ehtimalı yüksəkdi .

Xatırladaq ki, bundan bir müddət əvvəl eyni adlı layihə ideyası ilə Apple və Google da çıxış etmiş və həmin cihaz vasitəsi ilə virusun tez bir zamanda aşkarlanıb qarşısını alma şansının olacağını bildirmişdi.

Yeni sistem qısa əhatəyə sahib olan Bluetooth simsiz texnologiyasından, həmçinin səhiyyə işçiləri tərəfindən təsdiqlənmiş tətbiqlərdən istifadə edəcəkdir.

Bu tətbiqlər, Bluetooth siqnalı vasitəsiylə digər smartfonlarla məlumat mübadiləsi aparacaq istifadəçi əlaqələrinin bir növ xəritəsini düzəldəcəkdir. Əgər koronavirus testi müsbət çıxarsa, cihaz bunu göstərəcək və bundan sonra sistem yoluxmuş şəxsin yanında olan digər əlaqəli istifadəçilərə yoluxma riski barədə bildirişlər göndəcək İkin olaraq bu sistemin istifadəsinin könüllü olacağı ehtimal edilir.

Məlumat üçün bildirək ki, hazırda dünyada 2mln yarım insan virusa yoluxmuş, 165 mindən çox insan dünyasını dəyişmişdir.

Dünya üzrə liderlik Amerikada olaraq qalır, daha sonra isə İspaniya, İtaliya 2ci və 3cü pillədə qərarlaşır.


Digər xəbərlər


Azərbaycanda orta əmək haqqı artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrünə nisbətən ...

Azərbaycanda sosial müavinətlər artırılıb - FƏRMAN

Prezident İlham Əliyev sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin a...

ABŞ Prezidenti Çinlə ticarət razılaşmasının hazır olduğunu bəyan edib

ABŞ və Çin nümayəndə heyətləri ticarət sazişinin parametrlərini razılaşdırıblar, indi onun iki ölkə liderləri səviyyəsində təsdiqlənməsi lazımdır...

Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını açıqlayıb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 7,25 % saxlanılması barədə qərar qəbul edib. Kanal8 bu barədə AMB-yə isti...

Gələn aydan bu ödənişlərdə ƏDV-nin yarısı geri qaytarılacaq

Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, gələn aydan mədəniyyət sektorunda yeni vergi güzəştlərinin tətbiqinə başlanılır. Kanal8 xəbər ...

Bakıda orta aylıq əməkhaqqı artıb

Bu ilin yanvar-mart aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 357,3 manat təşkil edib. Bu barədə Kanal8-ə Bakı şəhər...

“ƏDV geri al”anlara XƏBƏRDARLIQ

Xəbər verdiyimiz kimi, bu gün saat 10:00-dan 00:00-dək Dövlət Vergi Xidmətinin Data Mərkəzində profilaktik tədbirlərin aparılması ilə əlaqədar qu...

Pensiya alanların nəzərinə!

Bu gün Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyaları qrafikdən əvvəl ödənilib. Kanal8 xəbər verir ki, bu barədə...