Aprel 21, 2020

ABŞ Green Card və iş vizaları verməyi dayandıra bilər

ABŞ prezidenti Donald Trump “görünməz düşmən hücumu” səbəbiylə ABŞ-a müvəqqəti olaraq fərman imzalamaq niyyətində olduğunu bildirib. O əmindir ki, bu qərar Amerika işçilərini xaricilərlə rəqabətdən qoruyacaqdır. Trump fərman imzalandıqdan sonra qadağanın nə qədər davam edəcəyi və hansı immiqrasiya proqramlarına təsir göstərəcəyini dəqiqləşdirməyib. Bu barədə Ağ Ev hələ ki,əlavə məlumat verməyib.

Kanal 8 mənbələrə istinadən xəbər verir ki,bu fərmanı ilə Trump xaricilərə ABŞ-da yaşayış icazəsi və iş vizaları verilməsini qadağan edəcək. Prezidentin yaxın günlərdə sənədi imzalayacağı gözlənilir.

İllərlə ABŞ-da xüsusi işlərdə çalışaraq viza alan işçilərə ölkədə qalmaq qadağan edilə bilər, ancaq bəzi sənaye sahələri bu qanundan azad ediləcəkdir. Qadağanın fermalarda işləyənlərə təsir edə biləcəyini gözlənilir, baxmayaraq ki, aprel ayının əvvəllərində Trump mövsümi kənd təsərrüfatı işçiləri üçün vizaların vacibliyindən danışırdı.

Koronavirus səbəbiylə ABŞ Mart ayında Avropa, Kanada, Meksika, Çin, Cənubi Koreya və İrana girişi qadağan edib və ya məhdudlaşdırıb. Trump-a görə, bu xəstəliyin ABŞ-da yayılmasının qarşısını alınıb. Dövlət Departamenti eyni zamanda bir neçə həftə ərzində vizaların, o cümlədən immiqrasiyanın emalını dayandırıb.

Donald Trump ardıcıl olaraq ABŞ-a qanuni immiqrasiyanın məhdudlaşdırılmasının tərəfdarıdır – bu onun təşviqat vədlərindən biridir. Xüsusilə, Trump Green Card lotereyasının, həmçinin ailə miqrasiya proqramının ləğv edilməsini təklif edib, bunun sayəsində qayınatası və qayınanası ABŞ vətəndaşlığını alıb.

Donald Trump prezident olandan sonra Birləşmiş Ştatlar mühacirlərə verilən vizaların sayını 25% azaldıb. 2016-cı ildə onlar 617 mindən çox insanı qəbul edirdisə, 2019-cu ildə bu say 462 minə enib.


Digər xəbərlər


Mobil tətbiqlər reklam daşıyıcısı hesab olunacaq

Reklam daşıyıcılarının əhatə dairəsi genişlənib. Kanal8-in xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi  “Reklam haqqında” qanuna...

Bu şərabların reklamı qadağan edilib

Prezident İlham Əliyev “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Üzümçülük və şərabçılıq haqqında”, “Dərman vasitələri haqqında” və “Re...

Dövlət Gömrük Komitəsi hava limanında baş verən hadisəyə münasibət bildirib

Xanım bloger “İnstaqram” sosial şəbəkəsindəki “iconmekh” adlı səhifəsində hava limanında xidmət aparan gömrük əməkdaşlarının onun anasına qarşı k...

İcra icraatı üzrə nağd ödəniş qadağan olunub, tələbi pozanlar cərimələnəcək

İcra icraatı üzrə nağd ödəniş qadağan olunub, tələbi pozan məmurlar cərimələnəcək. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar ...

Məhkəmədə nümayiş olunan videomaterialda David İşxanyan Qarabağın Ermənistana birləşdirilməsini əsas məqsəd adlandırıb

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs David İşxanyanın 2016-cı ildə keçmiş qondarma qurumun tel...

Prezident ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətləri olan bir qrup şəxsi təltif edib

Prezident İlham Əliyev ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi barədə Sərəncam imzalayıb....

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir. Proses Bakı Məhkəmə Ko...

Taksi sürücüsü olmaq istəyənlərin nəzərinə!

Şəhadətnamə almaq istəyən taksi sürücüləri üçün iyunun 19-da növbəti imtahan keçiriləcək. Kanal8 xəbər verir ki, bu barədə Dövlət İmtahan Mər...