Aprel 21, 2020

Xarici İşlər nazirlərin görüşü bitib – Koronavirus müzakirə edilib

Bu ilin 21 aprel tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə video-konfrans formatında görüşü keçirilib. Tərəflər arasında müzakirələr bir saat yarımdan çox davam edib.

XİN-dən Kanal8-ə verilən məlumata görə, görüş zamanı tərəflər qlobal COVİD 19 pandemiyasının bölgəyə təsiri və bölgədəki ən son hadisələri müzakirə ediblər.

Tərəflərin cari ilin 30 yanvar tarixində Cenevrədə qəbul etdikləri birgə bəyanata uygun olaraq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi üzrə növbəti addımlar nəzərdən keçirilib. Koronavirus infeksiyasının yayılması ilə bağlı öncədən planlaşdırılmış humanitar tədbirlərin həyata keçirilməsinin, eləcə də nazirlərin görüşünün və həmsədrlərin bölgəyə səfərlərinin təxirə salındığı qeyd olunub. Bununla belə, bu tədbirləri hazırlamaq üçün müvafiq işin davam etdirildiyi vurğulanıb.

Mövcud ümumdünya sağlamlıq böhranı vəziyyətində atəşkəs rejiminə riayət olunmasının və hər hansı təxribatlardan çəkinmənin vacibliyi qeyd olunub.

Məlumatda həmçinin bildirilir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Azərbaycanın mövqeyi dəyişilməz olaraq qalır və o, münaqişənin BMT Nizamnaməsi və ATƏT-in Helsinki Yekun Aktında əks olunduğu kimi beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin həyata keçirilməsinə əsaslanır.

Tərəflər təmasları saxlamağı və danışıqları mümkün qısa zamanda davam etdirməyi razılaşdırıblar.

Azərbaycan substantiv danışıqların intensivləşdirilməsini tələb edir, çünki bölgənin hazırda üzləşdiyi vəziyyətdən çıxmağın başqa bir yolu mövcud deyil. ATƏT-in Minsk Qrupunun həmsədrləri sülh prosesinin hərbi nəticələr olmadan irəli aparılması imkanlarını nəzərdən keçirirlər.


Digər xəbərlər


Lavrov Rusiyanın ən yüksək mükafatı ilə təltif olunub

Rusiya prezidenti Vladimir Putin Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrova Rusiyanın ən yüksək mükafatı olan Müqəddəs Apostol Endry...

Ərdoğan növbəti seçkilərdə namizəd olacaq?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə keçiriləcək növbəti prezident seçkilərində namizədliyini irəli sürmək niyyətində deyil. Kanal8 ...

"Kreml bununla razılaşmayıb" - Peskov

Rusiya və Ukrayna nümayəndə heyətləri arasında növbəti danışıqların Vatikanda keçirilməsi ilə bağlı heç bir razılaşma olmayıb. Bunu Rusiya pre...

İsrail səfiri Azərbaycana təşəkkür edib

İsrailin Bakıdakı səfiri Corc Dik Azərbaycana İsrail diplomatlarına və ölkədəki yəhudi icmasına dəstək və müdafiəyə görə təşəkkür edib. Bu bar...

Netanyahu: İsrail diplomatik missiyalarının təhlükəsizliyini gücləndirəcək

İsrail dünya üzrə səfirliklərində təhlükəsizlik tədbirlərini gücləndiriləcək. “Times of Israel”-in məlumatına görə, bunu İsrailin ...

Azərbaycan XİN İsrailə başsağlığı verib

“Vaşinqtonda dəhşətli hücum nəticəsində həlak olan iki israilli diplomatın ailələrinə və İsrail dövlətinə dərin hüznlə başsağlığı veririk&#...

Azərbaycan səfiri İran XİN müavini ilə ikitərəfli əlaqələri müzakirə edib

Azərbaycanın İrandakı səfiri Əli Əlizadə İran xarici işlər nazirinin beynəlxalq və hüquqi məsələlər üzrə müavini, Xəzər dənizi məsələri üzrə xüsu...

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov mayın 21-də Azərbaycanda səfərdə olan Türkiyə Quru Qoşunlarının 1-ci Ordu komandiri ord...