Aprel 21, 2020

XİN başçılarının görüşü barədə həmsədrlərin BƏYANATI

Azərbaycan və Ermənistan XİN başçıları və ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanat yayıb.

Kanal8-in məlumatına görə, bəyanatda bildirilir ki, Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan, Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və ATƏT-in Minsk qrupunun həmsədrləri (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti –  Fransa və Endryu Şofer – ABŞ) mart ayının ortalarından etibarən uzaqdan tez-tez məsləhətləşmələr aparıblar və aprelin 21-də keçirilən ortaq video konfrans da bunlardan biridir. Bu müzakirələrdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edib.

Müzakirələr zamanı iştirakçılar qlobal səhiyyə böhranının regiona təsirini və regiondakı son hadisələri müzakirə ediblər.

Onlar həmçinin yanvarın 30-da Cenevrədə verilmiş birgə bəyanata uyğun olaraq, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi ilə bağlı növbəti addımları nəzərdən keçiriblər.

Nazirlərin üzbəüz görüşləri və Cenevrədəki razılaşmaya uyğun olaraq həmsədrlərin bölgəyə səfərləri də təxirə salınıb. Buna baxmayaraq, bu məsələlərin həyata keçirilməsi üçün lazımi işlər davam edir.

Həmsədrlər atəşkəs rejiminə ciddi şəkildə əməl olunmasının və mövcud vəziyyətdə təxribatçı hərəkətlərdən çəkinməyin vacibliyini vurğulayaraq, tərəfləri gərginliyin daha da azaldılması üçün tədbirlər görməyə çağırıblar.

Tərəflər ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin hazırkı şəraitdə davam etdirdiyi işlərdən məmnun olduqlarını bildirib, monitorinqlərin mümkün qədər tez bərpa edilməsinin vacibliyini vurğulayıblar.

Siyasi sərhədlərə baxmadan bütün bəşəriyyətin qarşısında duran və hər bir insan həyatının dəyərli olduğunu xatırladan böyük çətinlikləri nəzərə alaraq Xarici İşlər Nazirləri və həmsədrlər qlobal pandemiyaya qarşı cavabın sülh prosesinə yaradıcı və konstruktiv təkan verəcəyini ümid etdiklərini bildiriblər.

Həmsədrlər, BMT Baş katibinin mövcud sağlamlıq böhranı dövründə qlobal atəşkəs tədbirlərinə dair martın 23-dəki müraciətinə və həmsədrlərin martın 19-da verdikləri bəyanata diqqət çəkiblər.

Xarici İşlər nazirləri və həmsədrlər yaxın əlaqədə qalmağa və ən qısa zamanda üzbəüz müzakirələri davam etdirməyə razılaşıblar.

COVID-19 pandemiyası nəticəsində yaranan fövqəladə vəziyyətə görə əvvəlcədən razılaşdırılmış humanitar təsvirlərin icrasının təxirə salınması etiraf edilib.


Digər xəbərlər


Lavrov Rusiyanın ən yüksək mükafatı ilə təltif olunub

Rusiya prezidenti Vladimir Putin Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrova Rusiyanın ən yüksək mükafatı olan Müqəddəs Apostol Endry...

Ərdoğan növbəti seçkilərdə namizəd olacaq?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə keçiriləcək növbəti prezident seçkilərində namizədliyini irəli sürmək niyyətində deyil. Kanal8 ...

"Kreml bununla razılaşmayıb" - Peskov

Rusiya və Ukrayna nümayəndə heyətləri arasında növbəti danışıqların Vatikanda keçirilməsi ilə bağlı heç bir razılaşma olmayıb. Bunu Rusiya pre...

İsrail səfiri Azərbaycana təşəkkür edib

İsrailin Bakıdakı səfiri Corc Dik Azərbaycana İsrail diplomatlarına və ölkədəki yəhudi icmasına dəstək və müdafiəyə görə təşəkkür edib. Bu bar...

Netanyahu: İsrail diplomatik missiyalarının təhlükəsizliyini gücləndirəcək

İsrail dünya üzrə səfirliklərində təhlükəsizlik tədbirlərini gücləndiriləcək. “Times of Israel”-in məlumatına görə, bunu İsrailin ...

Azərbaycan XİN İsrailə başsağlığı verib

“Vaşinqtonda dəhşətli hücum nəticəsində həlak olan iki israilli diplomatın ailələrinə və İsrail dövlətinə dərin hüznlə başsağlığı veririk&#...

Azərbaycan səfiri İran XİN müavini ilə ikitərəfli əlaqələri müzakirə edib

Azərbaycanın İrandakı səfiri Əli Əlizadə İran xarici işlər nazirinin beynəlxalq və hüquqi məsələlər üzrə müavini, Xəzər dənizi məsələri üzrə xüsu...

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov mayın 21-də Azərbaycanda səfərdə olan Türkiyə Quru Qoşunlarının 1-ci Ordu komandiri ord...