Bakı Nəqliyyat Agentliyi İctimai Nəqliyyat üzrə Beynəlxalq Assosiasiyanın videokonfransına qatılıb

İctimai Nəqliyyat üzrə Beynəlxalq Assosiasiyanın (UITP) Avrasiya ofisi tərəfindən üzv qurumların videokonfrans formatında görüşü təşkil olunub. “COVID-19 pandemiyası dövründə ictimai nəqliyyatın fəaliyyətinin təmin edilməsində texnologiyaların tətbiqi” mövzusuna həsr olunan görüşə “MosTransProyekt” Tədqiqat İnstitutu, Paris Nəqliyyat Təşkilatı, Bakı Nəqliyyat Agentliyi (BNA), Moskva və Peterburq metropolitenlərinin və digər şirkətlərin məsul şəxsləri qatılıblar.
Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, iştirakçılar pandemiyaya qarşı mübarizədə həyata keçirdikləri fəaliyyət və tətbiq edilən yeniliklər barədə təqdimatla çıxış ediblər. Görüşü regiondan 140-dan çox iştirakçı da izləyib.
BNA-nın aparat rəhbəri Gülşən Rzayeva təqdimatla çıxış edərək ölkəmizdə pandemiyaya qarşı mübarizədə həyata keçirilən tədbirlər, dövlətin sosial-iqtisadi dəstəyi və ictimai nəqliyyatın təşkilində agentlik tərəfindən görülən işlər, ekspress marşrut xəttlərinin təşkili, ictimai nəqliyyatda və nəqliyyat infrastrukturunda aparılan dezinfeksiya işləri, geniş maarifləndirmə kampaniyası barədə məlumat verib. Həmçinin mərkəzləşdirilmiş dispeçer xidmətinin fəaliyyəti, onun hazırkı vəziyyətdə sərnişin axınının izlənməsi və sıxlıqların qarşısının alınması üçün müvafiq tədbirlərin icrası, ictimai nəqliyyatın intellektual idarəedilməsində əhəmiyyəti vurğulanıb.
Daha sonra BNA tərəfindən həyata keçirilən “Hava keyfiyyətinin indeksi” layihəsi haqqında məlumat verilib. Bilidirlib ki, paytaxtımızda koronavirus səbəbindən tətbiq edilən karantin rejimi dövründə nəqliyyat vasitələrinin sayında müşahidə olunan azalma şəhərin ekoloji durumuna müsbət təsir etməkdədir. Layihə çərçivəsində paytaxtın müxtəlif ərazilərində quraşdırılan sensorlar vasitəsilə qeydə alınan rəqəmlərə əsasən havada olan sərt hissəciklərdə 50 faiz azalma müşahidə edilir.
Bu proqramın, həmçinin BNA tərəfindən həyata keçiriləcək bir sıra layihələrin səmərəliliyinin ölçülməsində istifadə olunması nəzərdə tutulur.
Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyi 2018-ci ildən UITP-nin üzvüdür və qurumun Avrasiya üzrə İcraiyyə Komitəsində təmsil olunur.
Digər xəbərlər
Yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin bir hissəsi Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə köçürüləcək
Yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrdən Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə də vəsait köçürüləcək. Bu, Prezident İlham Əliyevi...
Zaur Mikayılov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri təyin edilib
Zaur Rauf oğlu Mikayılov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri təyin edilib. Kanal8-in xəbərinə görə, bununla bağlı Prezident İl...
29 marta qədər ödənişi edilmiş avtomobillərin Azərbaycana gətirilməsinə icazə veriləcək - RƏSMİ
Nazirlər Kabinetinin 2023-cü il 29 mart tarixli “İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsini...
İlham Əliyev Əmlak Məsələləri Dövlət Xidmətinin yeni inzibati binasının açılışında iştirak edib
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin paytaxt Bakıda yeni inzibati binası istifadəyə verilib. Kanal8 xəbər verir k...
Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı açıqlanıb
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı müəyyənləşib. Komissiyanın növbəti toplantısı aprelin 5-də...
Çin Müdafiə Nazirliyi ABŞ-a xəbərdarlıq edib
“Çin ordusu Rusiya Silahlı Qüvvələri ilə əməkdaşlığı gücləndirəcək”. TASS xəbər verir ki, bunu Çin Müdafiə Nazirliyinin sözçüsü Tan Kefei deyi...
Bu yolda hərəkət məhdudlaşdırılacaq
2 aprel saat 08:00-dan saat 22:00–dək Bakı şəhəri, Nərimanov rayonu, Baksol yolunda dəmir yolu xətti üzərində aparılacaq təmir işləri ilə əlaqəda...
“The Wall Street Journal”ın əməkdaşı Rusiyada saxlanılıb
Amerika Birləşmiş Ştatlarının “Wall Street Journal”ın müxbiri Rusiyada casusluq ittihamı ilə saxlanılıb. Bu barədə Rusiya Federal ...