Bütün mikro sahibkarlar üçün vergi güzəştləri olacaq

Koronavirus pandemiyasının təsirinə məruz qalıb-qalmamasından asılı olmayaraq, bütün mikro sahibkarlar üçün vergi güzəştlərinin verilməsi nəzərdə tutulur.
Bu barədə İqtisadiyyat Nazirliyinin hazırladığı “Pandemiyadan zərərçəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən, kiçik və orta sahibkarlığa) vergi güzəştləri və tətilləri mexanizmi”ndə deyilir.
Mikro sahibkarlara:
- Sadələşdirilmiş vergi üzrə 50 faiz güzəştin verilməsi (verginin dərəcəsi 2 faizdən 1 faizə salınır);
- 2020-ci ilin birinci və ikinci rübü üzrə sadələşdirilmiş vergi hesabatının və mənfəət (gəlir) və əmlak vergiləri üzrə hesabatların verilməsi və hesablanmış verginin büdcəyə ödənilməsinə cari ilin sentyabr ayının 1-dək vergi tətilinin verilməsi nəzərdə tutulur;
- Nazirlər Kabinetinin Qərarı ilə müvafiq fəaliyyət növlərinin tam və ya qismən məhdudlaşdırıldığı müddət sabit qəbz almaqla fərdi qaydada məşğul olan vergiödəyiciləri tərəfindən əldə etdikləri qəbzlərin qüvvədəolma müddətinə daxil edilməməsi və ödənilmiş vergilərin növbəti dövrlərin ödəmələrinə aid edilməsi.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi tərəfindən Vergi Məcəlləsi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa zəruri dəyişikliklərlə bağlı təkliflər hazırlanıb. Hökumətdə bir daha baxıldıqdan sonra təkliflər paketinə daxil olan sənəd layihələri Milli Məclisə təqdim edilib. Təkliflər paketində bir sıra vergi güzəştləri və tətillər nəzərdə tutulur. Təkliflər paketində koronavirus pandemiyasının bilavasitə təsir etdiyi fəaliyyət istiqamətləri üzrə vergiödəyicilərinə 2020-ci il yanvarın 1-dən etibarən bir il müddətinə əmlak və torpaq vergiləri üzrə tam məbləğdə azadolma təklif edilir. Koronavirus pandemiyasının təsirinə məruz qalan fəaliyyət sahələrinin əmlak və torpaq vergisindən azad olunması ilə yanaşı, həmin sahələrdə fəaliyyət göstərən vergiödəyicilərinə seçdikləri vergitutuma metodundan asılı olaraq, bu il yanvarın 1-dən etibarən bir il müddətinə bir sıra vergi güzəştlərinin verilməsi planlaşdırılır. Koronavirus pandemiyasının mənfi təsir etdiyi iqtisadi fəaliyyət sahələri üzrə bir sıra digər güzəştlər də verilə bilər. Bu güzəştlər vergiödəyicilərinin vergi və inzibati yükünün azaldılmasını nəzərdə tutur.
Digər xəbərlər
Pensiya alanların nəzərinə!
Mayın 23-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirli...
"Bu, yaşayış minimunun artırılması üçün imkanlar yaradacaq" - Deputat
“”Yaşayış minimumu haqqında” qanunda dəyişiklik edilir. Yeni dəyişikliklərə əsasən, tibb və təhsil müəssisələri ilə yanaşı, so...
Azad edilmiş ərazilərdə yeni yaradılan iş yerlərinin sayı 86% artıb - Siyahı
2025-cü ilin I rübündə işğaldan azad edilmiş rayonlarda 543 yeni iş yeri yaradılıb. Kanal8-in Dövlət Statistika Komitəsinin hesabatı əsasında ...
Pensiyalar bu tarixdə TAM ÖDƏNİLƏCƏK
Dövlət Sosial Müdafiə Fondu tərəfindən may ayının 23-də respublika üzrə bütün pensiya və təqaüdlərin ödənilməsi nəzərdə tutulub. Bu barədə Kan...
Azərbaycanda orta aylıq əməkhaqqı artıb
Bu ilin I rübündə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrünə nisbətən 10 % artaraq ...
Ötən ay Azərbaycanda ən çox bahalaşan və ucuzlaşan məhsullar açıqlanıb - SİYAHI
Bu ilin aprel ayında əvvəlki aya nisbətən ən çox bahalaşan və ucuzlaşan məhsullar açıqlanıb. Kanal8-ə bu barədə Dövlət Statistika Komitəsindən...
1600 manatadək artırılan müavinət kimlərə VERİLİR? - DETALLAR
“Bu ildən məbləği artırılan birdəfəlik müavinətlərdən biri də cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə ol...
“Bitkoin” kəskin bahalaşıb
Dünyanın ən böyük kriptovalyutası olan “Bitkoin”in qiyməti bu il ilk dəfə 105 min dolları ötüb. Bakı vaxtı ilə saat 05:05-ə olan məlumata görə...