Aprel 22, 2020

Dünyada və Azərbaycanda turizmin vəziyyəti

Türkiyə Otelçilər Birliyinin araşdırmasına əsasən, koronavirus epidemiyası qlobal miqyasda turizm fəaliyyətini kəskin sürətdə dayandırdı və epidemiya səbəbiy ilaqə gözlənildiyi kimi böyük bir azalma yaşandı.

Dünyanın ən böyük şəhərlərində otellərin dolma səviyyəsi bu ilin mart ayında gözlənildiyi kimi ən aşağı həddə çatdı. Avropa ölkələri arasında ən çox enişi isə İtaliya yaşadı.

Hazırda Avropa son 80 ildə turizmin ən ağır dönəmini yaşayır. Belə ki,2020-ci ilin Mart ayında otellərin dolması orta hesabla 26 faiz ilə İkinci Dünya Müharibəsindən bəri ən aşağı səviyyəyə çatdı. Əgər ötən ilin mart ayında Avropada otellərin dolma nisbəti 68 faiz idisə , 2020-ci ilin mart ayında otellərin dolma nisbəti əvvəlki ilin eyni ayıyla müqayisədə 61,6 faiz azalıb.

İtaliya demək olar ki, çöküb və Avropa ölkələri arasında 90 faizlə ən böyük azalma nisbətini . yaşayır.

Koronavirus epidemiyasının ağır təsirinin yaşandığı Nyu-Yorkda bu nisbət 34 faiz, Çinin paytaxtı Pekində 16 faizdir .Bu göstəricilərə əks olaraq isə Avropada 2020-ci ilin Mart ayında ən yüksək dolma nisbəti 37 faizlə İngiltərəyə aiddir.

Bəs Azərbaycanda vəziyyət necədir?
Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2020-ci ilin yanvar-mart aylarında Azərbaycana dünyanın 151 ölkəsindən 519 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Dövlət Statistika Xidmətinin yaydığı məlumata əsasən azalmanın əsas səbəbi koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası ilə cari il fevralın 29-dan İran, martın 14-dən Gürcüstan, martın 15-dən Türkiyə, martın 18-dən Rusiya Federasiyası arasında dövlət sərhədində məhdudlaşdırıcı rejim, eləcə də dünyanın əksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlər tətbiq olunduğuna görə cari ilin mart ayında ölkəmizə gələnlərin sayında kəskin azalma müşahidə olunur.

2019-cu ilin yanvar-mart ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayında da xeyli azalma müşahidə olunur.Belə ki,bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 32 faiz, Türkiyəyə gedənlərin sayı 24 faiz, Gürcüstana gedənlərin sayı 17 faiz, Rusiya Federasiyasına gedənlərin sayı isə 14 faiz azalmışdır.


Digər xəbərlər


Azərbaycanda qəpik pullar yenilənib

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 10, 20 və 50 qəpiklik metal pul nişanlarının dizaynına Dövlət Gerbi və istehsal ili əlavə olu...

Sosial yardımlar bu tarixdə ödəniləcək

İyulun 26-da bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. Bu barədə Kanal8-ə Dövlət...

Dövlət Xidmətindən sahibkarlara XƏBƏRDARLIQ

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti sahibkarlara müraciət edib. Kanal8 xəbər verir ki, müraciətdə deyilir ki, iyun ayı üzrə Əl...

Avro 20 il ərzində ilk dəfə dollara nisbətdə ucuzlaşıb

Avropanın vahid valyutası — avro nağd tədavülə buraxıldığı 2002-ci ildən bəri ilk dəfə ABŞ dollarından ucuz olub. Məlumata görə, 1 dolların mə...

Pensiyalar iyulun 15-də tam ödəniləcək

İyulun 15-də ölkə üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Bu barədə Kanal8-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Naz...

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə iyul ayı...

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar bu tarixdə ÖDƏNİLƏCƏK

İyulun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub. Bu barədə Kanal8-ə Dövlət Sosial...

Əmək pensiyaları ilə bağlı qanuna dəyişikliyin detalları açıqlanıb

Əmək pensiyaları ilə bağlı qanuna dəyişikliyin detalları açıqlanıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Kanal8-ə verilən məlumata ...