Azərbaycan-İran sərhədində atışma, ölən var

3 sərhəd pozucusu İrandan Azərbaycana keçməyə cəhd edib.
Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində təd-birlər davam etdirilir. 2020-ci ilin 22 aprel tarixində saat 15:30 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Daşkənd kəndi yaxınlığındakı sərhəd zastavasının xid¬məti ərazisində 3 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması aşkar olunub.
Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi qapadılmışdır. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək havaya xəbərdarlıq atəşi açılmışdır. Lakin sərhəd pozucuları əmrə tabe olmamış, sərhəd naryadına qarşı odlu silahdan atəş açaraq sərhədçilərin həyatına qəsd etmişlər.
Sərhəd naryadı tərəfindən “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq silah tətbiq olunmuş və sərhəd pozucularından 1-i yaralanmışdır. Digər sərhəd pozucuları ərazinin sıx meşəlik və hava şəraitinin dumanlı olmasından istifadə edərək geri qaçmışlar. Yaralanmış sərhəd pozucusuna ilkin tibbi yardım göstərilərək Cəlilabad rayon mərkəzi xəstəxanasına təxliyə olunmuş, lakin görülən tədbirlərə baxmayaraq həyatını xilas etmək mümkün olmamışdır.
Hadisə yerində ümumi çəkisi 2 kq olan həşiş qətranına bənzər narkotik vasitə, 1 ədəd lüləsi kəsilmiş qoşalülə ov tüfəngi, 6 ədəd patron, 1 ədəd patron gilizi aşkar olunmuşdur. Ərazidə axtarış işləri davam etdirilir.
İran tərəfinin sərhəd nümayəndəsi görüşə dəvət olunmuş, hadisə yerində görüş keçirilmişdir.
Hazırda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin və Lənkəran Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.
Digər xəbərlər
Teymur Musayev Ermənistanın əsassız iddialarına cavab verib
Ümumdünya Səhiyyə Assambleyasının 75-ci sessiyası çərçivəsində keçirilən ümumi debatlar zamanı çıxış edən Azərbaycanın səhiyyə naziri ilk öncə Üm...
Mehriban Əliyeva Prezident İlham Əliyevlə Zəngilana səfərdən görüntülər paylaşıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva mayın 26-da Füzuli, Cəbrayıl və Zəngilan rayonlarına səfər edi...
İlham Əliyev və Mehriban Əliyeva Zəngilan Beynəlxalq Hava Limanının tikinti işləri ilə tanış olublar
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva mayın 26-da Füzuli və Cəbrayıldan sonra Zəngilan rayonuna səfə...
İlham Əliyev və Mehriban Əliyeva Zəngilan rayonuna səfər ediblər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva mayın 26-da Füzuli və Cəbrayıl rayonlarına səfər ediblər. Sonr...
5 min nəfərə «Müharibə veteranı» adı verilməsi barədə qərar qəbul olunacaq — MN
Müdafiə Nazirliyinin (MN) tərkibində fəaliyyət göstərən komissiya tərəfindən Vətən müharibəsində iştirakı ilə bağlı məlumatlarının araşdırılması ...
Finlandiyanın Baş naziri Kiyevdə səfərdədir
Finlandiyanın Baş naziri Sanna Marin Ukraynanın Kiyev vilayətinin İrpen şəhərinə səfər edib. Bu barədə İrpen Şəhər Şurası məlumat yayıb. “İ...
İlham Əliyev və Mehriban Əliyeva Cəbrayılda Soltanlı stansiyasının təməlqoyma mərasimində iştirak ediblər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva mayın 26-da Füzuli və Cəbrayıl rayonlarına səfər ediblər. K...
İlham Əliyev və Mehriban Əliyeva “Cəbrayıl” enerji qovşağının təməlqoyma mərasimində iştirak ediblər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva mayın 26-da Füzuli və Cəbrayıl rayonlarına səfər ediblər. K...