Bu şəxslərə də təqaüd ödənişinin verilməsi davam etdirilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, pandemiya ilə əlaqədar sosial dəstək tədbirləri peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərini də əhatə edir.
Nazirlər Kabinetinin 7 aprel 2020-ci il tarixli qərarına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaxın günlərdə həmin şəxslərə fasilə yaranmış dövr üzrə təqaüdlərinin ödənişi təmin olunacaq.
Bu sosial müdafiə tədbiri 500-dən çox müdavimi əhatə edəcək. Peşə və ixtisası olmayan, yaxud peşə bacarığına uyğun iş tapılmasında çətinlik yaranan şəxslər Nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən peşə hazırlığına cəlb edilirlər. Bu da onların əmək bazarına çıxışına və məşğulluğunun təminatına imkan yaradır. Peşə hazırlığına cəlb olunanlara hər ay minimum əmək haqqı qədər (250 manat) təqaüd verilir.
Digər xəbərlər
Problemli kreditlərin məbləği AÇIQLANIB
Bu il sentyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 534,3 milyon manat təşkil edib. Bu barədə Azərbaycan Mərkəzi Bankının stat...
Azərbaycanda yenilənmiş 5 qəpiklik metal pul nişanları tədavülə buraxılıb
Bu gündən Azərbaycan Mərkəzi Bankı (AMB) yenilənmiş 5 qəpiklik metal pul nişanlarını tədavülə buraxılıb. Kanal8 bu barədə AMB-yə istinadən xəb...
Gələn il manatın məzənnəsi belə olacaq - Nazirlik
2024-cü ildə də Azərbaycanda ABŞ dollarının məzənnəsinin 1,7 manat səviyyəsində qalması proqnozlaşdırılır. Kanal8 bu barədə Maliyyə Nazirliyin...
Azərbaycanda tədavülə yenilənmiş 1 manatlıq kağız pul nişanları buraxılıb
Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun imzasının əks olunduğu yenilənmiş 1 manatlıq kağız pul nişanları bu gündən tədavülə buraxılıb. ...
Bölgələr üzrə pensiyalar bu tarixdə ÖDƏNİLƏCƏK
Respublikanın bölgələri üzrə pensiyaların ödənilməsi sentyabr ayının 15-i tarixinə nəzərdə tutulub. Kanal8 xəbər verir li, bu barədə DSMF məlu...
Pensiyalar bu tarixdə ÖDƏNİLƏCƏK
Sentyabrın 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub. Kanal8 xəbər verir ki, bu ba...
Azad edilən ərazilərdə işləyən mütəxəssislərə birdəfəlik müavinətin təyinatına başlanıb
İşğaldan azad edilmiş ərazilərimizdə məskunlaşaraq işləyən mütəxəssislərin ilkin maddi-məişət şəraitinin dəstəklənməsi məqsədilə onlara birdəfəli...
Bu tarixdə bütün pensiya və müavinətlər ÖDƏNİLƏCƏK
Avqustun 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. Kanal8 xəbər verir ki, ...