“Bugünkü bəraət qərarları hakimiyyətin müxalifətə təklif etdiyi dialoq təşəbbüsüdür” – REAL bəyanat yaydı

“Bu gün İlqar Məmmədovun və Rəsul Cəfərovun Ali Məhkəmənin Plenumunda bəraət almaları Azərbaycan məhkəmə-hüquq sistemi üçün tarixi bir hadisədir. O, qanun aliliyinin təmin edilməsində yeni, çox müsbət presedentlər yaradır”.
Kanal8 xəbər verir ki, bu barədə REAL partiyası bəyanatında qeyd olunub.
Sözü gedən işlər göstərdi ki, geniş mənada Azərbaycan milli qanunvericiliyi insan haqlarının və fundamental azadlıqlarının qorunmasında son nəticədə səmərəlidir:
“Avropa İnsan Haqları Konvensiyasının həmin tərkibə daxil olması bu səmərəni artırır. Bundan sonra qərarların verilmə sürəti baxımından siyasi və hüquqi tədbirlərin həyata keçirilməsi daha da fəallaşdırılmalıdır ki, bu səmərə daha da artırılsın.
Ayrıca qeyd etməliyik ki, Ali Məhkəmədən öncə azərbaycanlı hakimlər – Xanlar Hacıyev və Lətif Hüseynov – hər iki işdə ədalətli mövqedən çıxış edərək İlqar Məmmədovun və Rəsul Cəfərovun xeyrinə Avropa Məhkəməsində qəbul olunan qərarların lehinə dəfələrlə ardıcıl olaraq səs vermişdilər.
REAL partiyası olaraq onu da nəzərdan qaçırmırıq ki, bugünkü bəraət qərarları hakimiyyətin müxalifətə təklif etdiyi dialoq təşəbbüsü, REAL partiyasının bu təşəbbüsü qəbul etməsi və ilk təmasdan sonra dialoqun əməli sürəcə çevrilməsi fonunda baş verən hadisədir.
Bu yolda bizə dəstək olmuş partiya üzvlərimizə, vəkillərə və geniş ictimaiyyətə bir daha təşəkkürümüzü bildiririk”.
Digər xəbərlər
İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə geniş tərkibdə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə iyulun 12-də geniş tərkibdə görüşü olu...
Suriya Prezidenti Azərbaycana rəsmi səfər edəcək
Suriya Prezidenti Əhməd əl-Şaraa Azərbaycana rəsmi səfər edəcək. Bu barədə Suriyanın “Sana” agentliyi xəbər verir. ...
Koreya hərbçiləri Rusiyaya kömək üçün döyüşürlər - Lavrov
“Koreya Xalq Demokratik Respublikası hərbçilərinin Kursk vilayətinin azad edilməsində iştirakı iki ölkə arasında münasibətlərin “məğl...
İlham Əliyev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvilini qəbul edi...
“İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşünü uğurlu hesab edirik” - Ermənistan XİN
İrəvan Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Əbu-Dabi görüşünü uğurlu hesab edir.Bu barədə Ermənis...
Rusiya XİN: Lavrov və Rubio ikitərəfli gündəliyi və dünyadakı vəziyyəti müzakirə ediblər
Rusiya XİN başçısı Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio ikitərəfli gündəliyin bütün spektri və dünyada vəziyyətlə bağlı ətraflı fikir m...
Azərbaycan və Ermənistan dialoqu davam etdirməklə sərhədlərin delimitasiyasında irəliləyiş əldə edib - XİN
10 iyul 2025-ci il tarixində Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının...
Rəsmi Bakı: Azərbaycanla Ermənistan ikitərəfli formatda dialoqu davam etdirmək barədə razılığa gəlib
BƏƏ-nin Əbu-Dabi şəhərində iyulun 10-da Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri arasında görüş keçirilib və Azərbaycan-Ermənistan dövlət...