“İki ölkə naziri, 3 ölkənin həmsədrləri, vaxt keçirib söhbətləşmək üçün görüşüblər?!” – XİN-dən erməni tərəfinə cavab

“Ermənistan XİN-in bu ölkənin 2018-ci ildən bəri münaqişənin mərhələli həllinə əsaslanan danışıqlar aparmadığını iddia edən açıqlaması, hətta bu bəyənatın yerli ictimaiyyəti sakitləşdirmək üçün verildiyi aydın olsa belə, çox gülüncdür. Ermənistan XİN-in dürüst şəkildə öz əhalisini münaqişənin həlli üzrə aparılan sülh prosesi barədə məlumatlandırması daha doğru olardı”.
Bu barədə Kanal8-ə Xarici İşlər Nazirliyindən bildirilib.
Məlumatda qeyd edilib ki, 2018-ci ildə bu ölkədə hakimiyyət dəyişikliyi baş verəndən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində sonuncu 21 aprel tarixli video-konfrans da daxil olmaqla 10 görüş keçirilib: “Ermənistan XİN-in məntiqi ilə belə çıxır ki, iki ölkə naziri, eləcə də 3 ölkənin həmsədrləri, eləcə də xarici işlər nazirlərinin heç bir işi yoxmuş kimi birgə vaxt keçirib söhbətləşmək üçün görüşüblər?!
Azərbaycanın münaqişənin həlli prosesi və danışıqların əsas prinsipləri barədə mövqeyi ən yüksək səviyyə də daxil olmaqla, hər zaman səsləndirilib. Vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin də mövqeyi onların verdikləri bəyanatlarda, o cümlədən 2019-cu ilin 9 mart tarixli bəyanatda açıq şəkildə ifadə olunub. Bunların hamısında münaqişənin mərhələli şəkildə həll olunması elementləri aydın şəkildə görünür.
Həmçinin danışıqlar eyni formatda və eyni gündəlik üzrə davam edir. Belə olmasaydı 21 aprel tarixində məlum bəyanatını səsləndirən Ermənistan xarici işlər naziri bir neçə saat sonra video-konfransda iştirak edib müzakirələrə qatılmazdı.
Ermənistan xarici işlər nazirinin özünün də razılaşdırdığı kimi əhalisini sülhə hazırlanması istiqamətində addımlar atması daha faydalı olar”.
Digər xəbərlər
İlham Əliyev: Azad edilmiş torpaqların sülhün hökm sürdüyü məkana çevrilməsi dövlət siyasətimizin əsas sütunlarından biridir
İşğal olunmuş ərazilərdə illər ərzində resursların qanunsuz istismarı, genişmiqyaslı korrupsiya və infrastrukturun məqsədli şəkildə dağıdılması h...
Zakir Həsənov Tel-Əvivdə İsrail müdafiə naziri ilə görüşüb
Zakir Həsənov İsrailə səfər edib İsrailin müdafiə naziri İsrail Katz Tel-Əvivdə azərbaycanlı həmkarı general-polkovnik Zakir Həsənov ilə görüş...
Putin və Tramp bu axşam telefon danışığı aparacaqlar
Rusiya Prezidenti Vladimir Putin bu gün Moskva vaxtı ilə saat 17:00-da amerikalı həmkarı Donald Trampla telefon danışığı aparacaq. Bu barədə p...
Sergey Lavrov Ermənistana səfər edəcək
Rusiya xarici işlər naziri Sergey Lavrov mayın 21-də Ermənistana rəsmi səfər edəcək. Bu barədə Ermənistan KİV-i məlumat yayıb. Həmin gün Er...
Hikmət Hacıyev “X”dəki hesabında İranda keçirdiyi görüşlərlə bağlı paylaşımlar edib
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X”dəki hesabında İr...
İran XİN: Uranın zənginləşdirilməsindən imtina etməyəcəyik
İran uranın zənginləşdirilməsindən imtina etməyəcək. “Azad İran” xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib. O, ...
İlham Əliyev Tokayevə zəng edib
Azərbaycan Prezidenti İlham Əliyev mayın 17-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə zəng edib. Kanal8 xəbər verir ki, dövlət başçısı Ka...
Kreml Putinlə Zelenski arasında görüşün mümkünlüyünə aydınlıq gətirib
Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenskinin görüşü mümkündür. Bu barədə bu gün ölkə prezidentinin mətbuat kat...