Aprel 23, 2020

Magistral yollarında sürət həddi endirilib

Bakıda qeyri-sabit hava şəraiti ilə bağlı əsas magistral avtomobil yollarında sürət həddi azaldılıb.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi endirilib.

Bildirilib ki, məqsəd, hərəkətin təhlükəsizliyini təmin etməkdir.

“Bir daha hərəkət iştirakçılarına bu cür hava şəraitində ehtiyyatlı olmağı tövsiyə edirik. Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edirik. Eyni zamanda, piyadalara yolun hərəkət hissəsinə çıxmamaq və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir”,-deyə məlumatda vurğulanıb.


Digər xəbərlər


NATO nümayəndə heyəti ilə hərbi əməkdaşlıq çərçivəsində görüşlər keçirilib

NATO-nun Brunssum Birgə Qüvvələr Komandanlığının Qərargah rəisinin Dəstək üzrə müavini general-mayor Stefan Fiksin rəhbərlik etdiyi nümayəndə hey...

"2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi Milli Məclisə daxil olub

“2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi Milli Məclisə daxil olub. Qanun layihəsi gələn həftə parlamentin İqt...

Azərbaycana gətirilən 500 tondan artıq kartof gömrükdə çürüyür — VİDEO

Misirdən Azərbaycana gətirilən 500 tondan artıq kartof bir aydır ki, gömrük rəsmiləşməsindən keçirilmir, mallar maşınlardan boşaldılmır. Kanal...

Ağdamın Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Ağdam rayonu...

Mobil tətbiqlər reklam daşıyıcısı hesab olunacaq

Reklam daşıyıcılarının əhatə dairəsi genişlənib. Kanal8-in xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi  “Reklam haqqında” qanuna...

Bu şərabların reklamı qadağan edilib

Prezident İlham Əliyev “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Üzümçülük və şərabçılıq haqqında”, “Dərman vasitələri haqqında” və “Re...

Dövlət Gömrük Komitəsi hava limanında baş verən hadisəyə münasibət bildirib

Xanım bloger “İnstaqram” sosial şəbəkəsindəki “iconmekh” adlı səhifəsində hava limanında xidmət aparan gömrük əməkdaşlarının onun anasına qarşı k...

İcra icraatı üzrə nağd ödəniş qadağan olunub, tələbi pozanlar cərimələnəcək

İcra icraatı üzrə nağd ödəniş qadağan olunub, tələbi pozan məmurlar cərimələnəcək. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar ...