Azərbaycanda xüsusi karantin rejiminin yenidən sərtləşdirilməsi mümkündür

“Elan olunduğu kimi, COVID-19 virusu zəminində ölkədəki sanitar-epidemioloji vəziyyət mütəmadi təhlil edilərək mövcud vəziyyətə uyğun qaydalar tətbiq olunur. Bu səbəbdən COVID-19 virusuna yoluxma dinamikası və xəstəliklə əlaqədar ölkədəki ümumi vəziyyət zərurət yaradarsa, xüsusi karantin rejiminin yenidən sərtləşdirilməsi mümkündür”.
Kanal8-in xəbərinə görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda bildirilib.
“COVID-19 virusuna qarşı bütün tədbirlər əhalinin sağlamlığı və təhlükəsizliyinin təmin edilməsi naminə həyata keçirilir. Ötən müddət ərzində ölkə ərazisində virusun geniş yayılmasının qarşısını məhz dövlət-vətəndaş həmrəyliyinin nəticəsində almaq mümkün olmuşdur. Bu baxımdan, hər bir şəxsi sosial məsuliyyətdən irəli gələrək dövlət tərəfindən həyata keçirilən tədbirlərə yaxından dəstək olmağa, Operativ Qərargahın tələb və tövsiyələrinə əməl etməyə çağırırıq.
COVID-19 ilə bağlı hazırkı vəziyyətdə hamını şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmağa, ictimai yerlərdə digər şəxslərlə minimum kontaktda olmağa, mövcud preventiv tədbirlərin şərtlərinə əməl etməyə çağırırıq. COVID-19 virusu ilə mübarizə uzunmüddətli proses olduğundan xəstəliyə qarşı qabaqlayıcı tədbirlər hər bir şəxsin gündəlik həyat tərzi kimi tövsiyə edilir”, – deyə məlumatda qeyd olunub.
Digər xəbərlər
Bu yol bağlıdır - Sürücülərin nəzərinə!
Binəqədi rayonu, Zəngəzur küçəsində aidiyyəti dövlət qurumu tərəfindən yolda təmir işləri aparılır. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzin...
Bu gün Azərbaycanın bəzi hissələrində qaz olmayacaq
Bakının Sabunçu və Suraxanı rayonlarındakı mövcud qaz xətlərində aparılacaq təmir-bərpa və quraşdırma işləri ilə əlaqədar olaraq 20.05.2025-ci il...
Ağdamın Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Kanal8 xəbər verir ki, Ağdam...
Azərbaycan - Macarıstan oyununun biletləri satışa çıxarılıb
Futbol üzrə Azərbaycan və Macarıstan yığmaları arasında keçiriləcək yoldaşlıq oyununun biletləri satışa çıxarılıb. Kanal8 xəbər verir ki, bile...
Bako Sahakyan məhkəmədə Azərbaycan ərazilərinin işğalı üçün keçirilən hərbi əməliyyat və döyüş tapşırıqlarının hazırlanmasında iştirakını etiraf edib
Mayın 19-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Bako Sahakyan işğal olunmuş Azərbaycan ərazilərində ...
Azərbaycanda bu yol əsaslı təmir edilir - Video
Cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qusar rayonunda 5 min nəfər əhalinin ya...
Məhkəmədə nümayiş olunan videoda Ermənistanın keçmiş prezidentinin Azərbaycanın suveren ərazilərinin işğalının məqsədi barədə fikirləri dinlənilib
Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-də ...
Azərbaycanlılar ən çox bu ölkələrə gedir - Siyahı
2025-ci ilin yanvar-aprel aylarında Azərbaycana dünyanın 174 ölkəsindən 735,8 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çox əc...