Aprel 24, 2020

İlham Əliyev: “Yumşalmadan sonra vəziyyət mənfi istiqamətə getsə, məcbur olub yenə də sərtləşdirəcəyik”

“Geniş sosial paket təqdim olundu. Birinci mərhələdə hesab edirdik ki, biz 1 milyard manatla işləri tənzimləyə bilərik. Gördük ki, bu, azdır. Bunu qaldırdıq 2,5 milyard manata. İndi isə bütün proqramları, o cümlədən vergi güzəştləri və digər güzəştləri nəzərə alaraq bu, artıq 3,5 milyarddan böyük rəqəmə çıxır və nə qədər lazımdır bunu edəcəyik. Çünki insanların günahı yoxdur”.

Kanal8 xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev aprelin 24-də Abşeron rayonunun ərazisində Xızı rayonunun Ağdərə kəndindən Sumqayıt şəhərinə çəkilən magistral qaz kəmərinin açılışında çıxışı zamanı deyib.

Dövlət başçısı deyib: “Bəziləri indi qeyri-formal işləyirdi. Halbuki mən dəfələrlə demişəm ki, öz işinizi sənədləşdirin. Amma onlar da işləyirdi, evə pul gətirirdi. İndi onlar da işsiz qalıb. Ona görə bizim qəbul etdiyimiz qərarlar onları – heç bir əmək müqaviləsi olmayan insanları da nəzərə alır. Çünki biz başa düşürük ki, onlar öz işlərindən məhrum olublar. İndi dinamika müsbət istiqamətdə gedir. Əlbəttə, növbəti qərarların qəbul edilməsində biz mütəxəssislərin rəyinə əsaslanacağıq. Çünki burada özbaşınalığa yol vermək olmaz, hansısa bir ayrı qərara getmək olmaz. Gərək mütəxəssislər desinlər ki, bu məhdudlaşdırıcı tədbirləri biz nə vaxt müəyyən dərəcədə yumşalda bilərik.

Bu bir həftənin təcrübəsi göstərir ki, o gün uzaqda deyil. Müəyyən addımlar ola bilsin ki, mayın 4-nə qədər də atıla bilər. Çünki bilirsiniz, karantin rejiminin müddəti mayın 4-nə qədər uzadıldı. İndi baxarıq, əgər imkan olarsa, artıq müəyyən yumşalma addımları atılacaq. Ancaq yenə də daim monitorinq aparılacaq. Əgər bu yumşalmadan sonra görsək ki, vəziyyət mənfi istiqamətə gedir, məcbur olub yenə də sərtləşdirəcəyik. Ona görə bir daha demək istəyirəm ki, əsas məsələ vətəndaşların sağlamlığıdır, onların həyatıdır. Hər kəs üçün çətindir. İndi biz bu vəziyyətlə üzləşərkən hesab edirəm ki, ən düzgün yolu seçmişik. Xalqımız ən yüksək xüsusiyyətlərini göstərir – həmrəylik, birlik. Mən demişəm ki, buna məsuliyyət də əlavə olunmalıdır. İlk günlərdən fərqli olaraq məsuliyyət də, nizam-intizam da artıb. Bu vəziyyətdə insanların sağlamlığını qoruyan həkimlər və karantin rejiminə nəzarət edən polis işçiləri ən yüksək qiymətə layiqdirlər. Mən heç şübhə etmirəm ki, biz bu vəziyyətdən az itkilərlə çıxacağıq, İnşallah! Sağ olun”.


Digər xəbərlər


Mehriban Əliyeva Prezident İlham Əliyevlə birgə Şəkiyə səfərindən görüntülər paylaşıb (FOTO)

Birinci vitse-prezident Mehriban Əliyeva Prezident İlham Əliyevlə birgə Şəkiyə səfərindən görüntülər paylaşıb. Kanal8-in məlumatına görə, payl...

İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə Oğuzda inşa edilmiş körpələr evi-uşaq bağçasının açılışında iştirak edib

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Oğuz şəhərində inşa edilmiş 100 yerlik körpələr evi-uşaq bağçası dekabrın 2-də istifadəyə verilib. Kanal8...

Formula 1 üzrə Çin Qran-Prisi ləğv olunub

2023-cü ildə Çində keçirilməsi nəzərdə Formula 1 yarışı ləğv olunub. Buna koronavirusla bağlı çətinliklərin davam etməsi səbəb olub. Bu barədə...

Türkiyədə limanda partlayış olub

Türkiyənin Samsun bölgəsindəki dəniz limanında partlayış baş verib. Kanal8 xəbər verir ki, bu barədə «Haber Global» məlumat yayıb. Partlayı...

Rusiyada MiQ-31 qırıcısı qəzaya DÜŞÜB

Rusiyanın Primorsk şəhərində «MiQ-31» qırıcı təyyarəsi qəzaya uğrayıb. Bu barədə TASS məlumat yayıb. Ölən və yaralananlar barədə hələ məlum...

Bayden Putinlə danışıqlar üçün şərtini açıqlayıb

ABŞ Prezidenti Co Bayden Rusiya lideri Vladimir Putinlə danışıqlar aparmaq üçün şərtini açıqlayıb. Baydenin sözlərinə görə, Putin Ukraynadakı ...

Şuşada yük maşını aşıb: Ölən var

Dekabrın 1-də saat 10 radələrində Şuşa rayonunun Daşaltı kəndi ərazisində Biləsuvar rayon sakini Nadir Kazımovun idarə etdiyi yükü yanacaq olan “...

SEPAH-ın generalı, keçmiş komandir həbs edilib

İran İnqilabının Keşikçiləri Korpusunun keçmiş komandirlərindən general Məhəmməd Bağır Bəxtiyar İran təhlükəsizlik qüvvələrinin evinə hücumu nəti...