Aprel 25, 2020

Sevinc Osmanqızı – Altay Göyüşov arasında qalmaqal yaşanır

Son günlərdə müxalif fikirləri ilə seçilən iki məşhur şəxs, jurnalist Sevinc Osmanqızı və professor Altay Göyüşov arasında ciddi qalmaqal baş veməkdədir. Hər şey Sevinc Osmanqızının Altay Göyüşovun ünvanına səsləndirdiyi ittihamlardan başlayıb, daha sonra Sevinc xanım öz Facebook səhifəsində Göyüşovu “Qədeşbala professor” adlandırıb, onun çörək kəsdiyi dostlarını bir-bir satmaqda ittiham edib. Osmanqızı həmçinin iddia edib ki, Altay Göyüşov Azərbaycanda yüksək vəzifə tutat əmisi nəvəsi ilə “müxalifəti yıxmağın yollarını” müzakirə edir.

Təbii ki, Göyüşovun cavab zərbəsi özünü çox gözlətmədi. Altay Göyüşov həm status yazaraq, həm də video paylaşaraq Sevinc Osmanqızını yalan məlumat yaymaqda ittiham edib və Osmanıqızının onun barəsində yazdıqlarını təkzib edib.

Sitat; “Tamamilə qeyri-səmimi, opportunist, fırıldaqçı bir varlıqdır. Yaxşı tanıyanlar və vicdanı olanlar böyük əksəriyyətən bilir

Daha sonra Göyüşov, Osmanqızının təhqirləri haqqında bu sətirləri yazıb “Mənə isə bunun kimilər tərəfindən təhqir olunmaq ləzzət verir. Çünki bu qanmazlıq deyil, alçaqlıqdan təzahür edəndir. Kimliyini ovcumun içi kimi oxumuşam. Belə dünyada tək qalsam da, axırıncı mogikan olsam da deyəcəm ki, bu şəxs qeyri-səmimi və fırıldaqçıdır. Haqq nazilə bilər, amma üzülməz.”

Qeyd edək ki, Sevinc xanım statusunun altında da yazdığı şərhlərdə Altay Göyüşovu təhqir etməyə davam edib və Göyüşovun professor deyil adi müəllim olduğunu iddia edib.

Maraqlıdır ki, apardığımız səthi bir araşdırma xarici ictimai və elmi təşkilatların saytlarında, habelə xarici elm adamlarının kitablarında da Göyüşovun məhz professor kimi təqdim edilməsini göstərir. Bunun əslində iki cavabı ola bilər, ya Sevinc Osmanqızı yalan deyir, ya da Altay Göyuşov fitri-istedada malikdir. Beynəlxalq təşkilatları və xarici elm adamlarını professor olduğuna inandıra bilib.  

Osmanqızı ilə Göyuşov arasında baş verən qalmaqala jurnalist Aynur Elgünəş də münasibət bildirib. Elgünəş Sevinc Osmanqızının Göyüşov haqqında yazdıqlarından narazılığını bildirib və birincini qeyri-səmimilikdə ittiham edib.

Həmçinin Aynur Elgünəş bu sözləri də əlavə edib, sitat;

“Ona elə gəlir ki, Əli Kərimlinin, Milli Şuranın qanadının altına girəndə adam demokrat, sədaqətli görünür? Yaxud kim daha çox söyürsə, o daha cəsarətlidir? Unutmayın, bu yolla gündəmdə olmaq istəyənlər özünütəsdiqə ehtiyacı olanlardır.

Sizi bilmirəm, mən həyatı ziq-zaq olanların üstümüzə xətkeşlə gəlməsindən çox yoruldum.”


Digər xəbərlər


Azərbaycan və Türkiyə XİN başçıları arasında telefon danışığı olub

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub. Bu barədə K...

Paşinyan sabah İrana səfər edəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 5-də İran İslam Respublikasına işgüzar səfər edəcək. Kanal8 xəbər verir ki, bu barədə “A...

Ceyhun Bayramov BMT-nin Azərbaycandakı nümayəndəsilə görüşüb

Xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Azərbaycandakı yeni resident əlaqələndiricisi Vladanka Andeyevanı qəbul edib. XİN-dən Kanal8-ə ver...

Sabah Milli Məclisdə deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsinə baxılacaq

Sabah Milli Məclisin növbədənkənar sessiyası keçiriləcək. Bununla bağlı Milli Məclisin bir qrup deputatı iyulun 31-də spiker Sahibə Qafarovaya...

Deputatlar bu gün növbədənkənar iclasda 13 məsələni müzakirə edəcək

Bu gün Milli Məclisin növbədənkənar iclası keçiriləcək. Kanal8-in məlumatına görə, iclasın gündəliyinə aşağıdakı məsələlər daxildir: “Enerj...

Əli Əsədov Qırğızıstanın XİN başçısı ilə görüşüb

Azərbaycanın Baş naziri Əli Əsədov Qırğız Respublikasının xarici işlər naziri Ruslan Kazakbayev ilə görüşüb. Kanal8 xəbər verir ki, görüşdə Az...

Bizə dedilər ki, sizin Qarabağda nə işiniz var - Ərdoğan

Bizə dedilər ki, sizin Suriyada, Liviyada, Qarabağda, Şərqi Aralıq dənizində nə işiniz var. Kanal8-in məlumatına görə, bunu Türkiyə prezidenti...

Ceyhun Bayramov Qırğızıstanın XİN rəhbəri ilə görüşü başlayıb

Nazir Ceyhun Bayramov Azərbaycana rəsmi səfəri çərçivəsində Qırğız Respublikasının xarici işlər naziri Ruslan Kazakbayevlə görüşü başlayıb Kan...