Türkiyənin araşdırma mərkəzi Cənubi Azərbaycanın etnik tərkibini təhrif edib

Türkiyənin paytaxtı Ankara şəhərində yerləşən və İran üzrə tədqiqatlar sahəsində ixtisaslaşan İRAM Mərkəzi İranda yaşayan milli azlıqlarla bağlı hazırladığı xəritədə ciddi səhvlərə yol verib.
Mərkəzin araşdırmaçısı Dr.Əbdülmoğset Bənikamal tərəfindən hazırlanmış tədqiqat işində yerləşdirilən xəritədə Cənubi Azərbaycana aid əraziləri kürd və digər etniklərin ərazisi kimi təqdim edilib. Bundan savayı, güney azərbaycanlıları “azəri” adlandıran araşdırmaçı onların sayını da olduğundan dəfələrlə aşağı göstərib.
İranda mütləq etnik çoxluğu təşkil edən və sayları 30-40 milyon arası düşünülən güney azərbaycanlıları araşdırmaçı azlıq kimi göstərib və onların ölkə əhalisinin 20%-ni təşkil etdiyini iddia edib. Əvəzində isə sayları 8-10 milyon təxmin edilən farsları 46%-lə yanlış olaraq mütləq milli əksəriyyət kimi təqdim edib.
Güney azərbaycanlıların heç vaxt məzhəb ayrı-seçkiliyinə yol verməmələrinə baxmayaraq, o, onların türk olmalarına deyil, şiə müsəlmanları olmalarına diqqət çəkib. Araşdırmaçı iddia edib ki, güney azərbaycanlılar da daxil olmaqla, bir çox etnik qrupların şiə olmaları “onları İranla milli vəhdət halına gətirən yeganə faktordur”. Halbuki, güney azərbaycanlılar İranla milli vəhdət halında olmadıqlarını, öz müqəddəratlarını özlərinin təyin etmək istədiklərini bəyan edirlər.
Lakin Mərkəzin araşdırmaçısının bu cür ciddi yanlışa yol verməsi sosial şəbəkələrdə həm Cənubi Azərbaycanda, həm Azərbaycan Respublikasında, həm də Türkiyədə ciddi narahatlığına səbəb olub.
Araşdırmalar nəticəsində məlum olub ki, bu saxta xəritə tədqiqatçının özünə belə məxsus deyil. Onun özününkü kimi təqdim etdiyi xəritə 2004-cü ildə Texas Universiteti tərəfindən hazırlanmış yanlış və saxta xəritədir. Türkiyənin bu cür mərkəzi tərəfindən həqiqəti əks etdirməyən və mənşəyi bilinməyən şəxslər tərəfindən hazırlanmış xəritənin təqdim edilməsi təkcə həmin ölkənin türklərinin deyil, həm də Cənubi və Şimali Azərbaycan türklərinin təəssüfünə səbəb olur.
Daim Türkiyənin PKK terrorçularına qarşı apardığı mübarizəyə dəstək verən, bu ölkəni öz ana yurdları kimi sevən Şimalda və Cənubda yaşayan azərbaycanlılar tezliklə araşdırmaçının yol verdiyi bu cür ciddi nöqsanın aradan qaldırılacağına inanır.
Digər xəbərlər
Kahramanmaraşda zəlzələ olub
Türkiyənin Kahramanmaraş şəhərində 5,3 və 4 bal gücündə zəlzələlər olub. AFAD-ın yaydığı məlumata görə, zəlzələ yerin 7 km dərinliyində baş ve...
“Qarabağ” - “Qalatasaray” oyununu “Haber Global” canlı yayımlayacaq
“Qarabağ”la Türkiyənin “Qalatasaray” klubu arasında keçiriləcək xeyriyyə oyununu Türkiyənin “Haber Global” televiziya kanalı canlı yayımlayacaq. ...
Növbəti istirahət günlərində regionlarda gözlənilən hava şəraiti açıqlanıb
İstirahət günlərində regionlarda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Kanal8-ə verilən məlumata görə, Qəbəl...
Oqtay Əliyevin dəfn olunacağı yer dəyişdirilib
Əməkdar mədəniyyət işçisi, “SOY Production”un baş direktoru, prodüser Oqtay Əliyev bu gün “Qurd qapısı” qəbiristanlığında...
ÜST dünya miqyasında vəba təhlükəsi barədə xəbərdarlıq edib
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qlobal səviyyədə vəba təhlükəsi barədə xəbərdarlıq edib. Bu barədə təşkilatın hesabatında bəyan edilib. S...
Mehriban Əliyeva: Uca Allah etdiyiniz duaları, tutduğunuz orucu qəbul etsin!
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “İnstagram” hesabında Ramazan ayının başlanması münasibətilə paylaşım edib. Kanal8 ...
Bu gün AVRO-2024-ün seçmə mərhələsinə start veriləcək
Bu gün 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatının seçmə mərhələsinə start veriləcək. İlk olaraq C, H və J qruplarında səkkiz oyu...
Azərbaycanda Ramazan ayı başlayıb
Azərbaycanda Ramazan ayı başlayıb. Ramazan ayının ilk günü miladi təqvimlə 2023-cü il martın 23-dür. Belə ki, bununla bağlı Qafqaz Müsəlmanlar...