Aprel 27, 2020

AMB: Əmanətlərin tam sığortalanmasının müddətinin uzadılması 7,3 mlrd. manatlıq əmanətləri əhatə edir

Kanal8 bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən əhalinin bütün qorunan əmanətlərinin məbləğindən asılı olmayaraq tam sığortalanması müddətinin növbəti dəfə 9 ay uzadılması haqqında qanun imzalanıb.

Dövlət başçısının bu qərarı pandemiya şəraitində qəbul edilmiş digər mühüm qərarlar kontekstində yenə də ilk növbədə ölkə əhalisinin maraqlarının təmin olunmasına və ölkədə maliyyə sisteminin dayanıqlığının gücləndirilməsinə yönəlib.

Bununla da cəlb olunduğu tarixə Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlərin məbləğindən və valyuta növündən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malik olan Fondun iştirakçı bankları tərəfindən tam sığortalanması müddəti 04 dekabr 2020-ci il tarixinədək uzadılmışdır. Beləliklə, 04 mart 2020-ci il tarixindən Qanunun qüvvəyə minməsi tarixinədək (26 aprel 2020-ci il) yuxarıda qeyd edilmiş şərtlərlə cəlb edilmiş əmanətlər də qüvvəyə minmiş Qanunla əhatə edilir.

“Əmanətlərin tam sığortalanması haqqında” Qanunun yenidən uzadılması əmanətçilərin və kreditorların mənafelərinin daha etibarlı qorunmasına, maliyyə sektorunun sabitliyinin və sağlamlığının dəstəklənməsinə və bank sektoruna etimadın daha da gücləndirilməsinə imkan verəcəkdir. Əmanətlərin tam sığortalanmasının davam etməsi bank sektorunda restrukturizasiyanın başa çatdırılması və beləliklə sektorun sağlamlaşdırılmasını ciddi dəstəkləməklə onun iqtisadiyyatda rolunun artmasına, biznesin və əhalinin maliyyə xidmətlərinə çıxışının daha da yaxşılaşdırılmasına təkan verəcək.

Bu qərar 7,3 mlrd. manat həcmində əmanətləri əhatə etməklə ümumilikdə 8,3 mln. əmanətçinin (bura bir əmanətçi üzrə müxtəlif banklarda olan müddətli əmanət hesabları, habelə cari hesablar daxildir) maraqlarının qorunmasına xidmət edir.


Digər xəbərlər


Dini qurumlara ianələr bank kartları vasitəsilə də ediləcək

Azərbaycanda dini qurumlar ianə edilmiş pul vəsaitlərini plastik kart və elektron ödəmə sistemləri vasitəsilə qəbul edə biləcəklər. Kanal8-in ...

Azərbaycan neftinin qiyməti yenidən 91 dolları ötüb

Dünya bazarında «Azeri Light» (CIF) markalı neftin qiyməti artıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,06 ABŞ dolları və ya 2,3% artara...

İşsizlikdən sığorta ödənişi ilə bağlı gözləmə müddəti ləğv edilib - Staj tələbi azaldılıb

İşsizlikdən sığorta ödənişi ilə bağlı gözləmə müddəti ləğv edilib, staj tələbi azaldılıb. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyin...

Yaxın zamanda pensiyanın yenidən hesablanması təyinatı rəsmiləşəcək — DSMF

Praktik qaydada pensiyanın yenidən hesablanması təyinatı ilə bağlı hazırda müzakirələr gedir. Yaxın zamanlarda bu rəsmiləşəcək. Kanal8 xəbər v...

Azərbaycan neftinin qiyməti 92 dolları keçib

Dünya bazarında «Azeri Light» markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,93 ABŞ dolları, yaxud 2,13 % artaraq 92,49 ABŞ dollarına çatıb. ...

Pensiyaların artımla nə vaxt veriləcəyi AÇIQLANIB

DOST Agentliyi pensiyaların artımla nə vaxt veriləcəyini açıqlayıb. Kanal8-in məlumatına görə, DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini...

Ölkə üzrə bütün pensiyalar bu tarixdə ÖDƏNİLƏCƏK

Respublika üzrə bütün pensiyaların yanvarın 14-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Bu barədə Kanal8-ə Əmək və Əhalinin Sosial...

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödənilib

Bu gün Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə yanvar ayının pensiyalarının ödənişi həyata keçirilib. Kanal8 xəbər verir ki, ...