Aprel 27, 2020

AMEA əməkdaşlarının tətil vaxtı uzadıldı

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin uzadılması ilə əlaqədar akademiya əməkdaşlarının işə davamiyyətinin tənzimlənməsi haqqında” Sərəncam imzalayıb.

AMEA-dan Kanal8.az-a verilən məlumata görə, sərəncama əsasən, Nazirlər Kabinetinin 31 mart 2020-ci il tarixli Qərarına əsasən əməkhaqqı saxlanılmaqla AMEA əməkdaşlarının işə davamiyyəti aprelin 28-dən mayın 4-ü saat 00:00-dək təxirə salınır.

Bundan əlavə, AMEA-nın fasiləsiz iş rejimində fəaliyyət göstərən bəzi müəssisə, təşkilat və xidmətlərində təxirə salınması mümkün olmayan işlərin xüsusi əmək rejiminin qaydalarına riayət edilməklə yerinə yetirilməsi tövsiyə olunub.

Xatırladaq ki, Nazirlər Kabinetinin 18 aprel 2020-ci il tarixli qərarına əsasən ölkə ərazisində xüsusi karantin rejimi 4 may saat 00:00-dək uzadılıb, həmçinin xüsusi karantin rejimi ilə əlaqədar Nazirlər Kabineti və Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən daha əvvəl müəyyən edilmiş bütün məhdudiyyətlər, tələblər və rejimlər həmin müddət ərzində qüvvədə saxlanılıb.


Digər xəbərlər


İlham Əliyev Xocalı soyqırımının otuzuncu ildönümü haqqında Sərəncam verib

Prezident İlham Əliyev Xocalı soyqırımının otuzuncu ildönümü haqqında Sərəncam imzalayıb. Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri...

NATO müdafiə nazirlərinin iclası keçiriləcək

Şimali Atlantika Şurasının müdafiə nazirləri səviyyəsində iclası keçiriləcək. Kanal8-in NATO-nun saytına istinadən verdiyi xəbərə görə, müdafi...

Hava şəraiti ilə bağlı avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, yanvar ayının 29-da gecə və səhər saatlarında ölkə ərazisindəki magistral avtomobil yollar...

Yaxın gələcəkdə Qarabağda yeni astronomik stansiya qurulacaq

“Bizim təkliflərimiz əsasında yaxın gələcəkdə Qarabağ zonasında yeni astronomik stansiya qurulacaq”. Bunu AMEA N.Tusi adına Şamaxı Astrofizika...

“Buta Airways” Mineralnıye Vodıya uçuşları bərpa edir

“Buta Airways” fevral ayında Mineralnıye Vodı şəhərinə uçuşları bərpa edir . Bu barədə Kanal8-ə “Buta Airways”dən bildirilib. Məlumata görə...

Lavrov Zelenskini Rusiyaya dəvət edib

Ukrayna prezidenti Volodimir Zelenskini ikitərəfli münasibətlərin normallaşmasının müzakirəsi üçün Rusiyada qəbul etməyə hazırıq. Kanal8-in mə...

Zakir Həsənov ordu rəhbərliyinə yeni tapşırıqlar verib

«Hərbi islahatların davam etdirilməsi və qoşunların döyüş qabiliyyətinin, o cümlədən əməliyyat imkanlarının daha da artırılması 2022-ci ildə də p...

Tovuz rayonu istiqamətində mövqelərimiz atəşə tutulub

Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 27-si saat 20:58-dən 23:00-dək dövlət sərhədinin Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi...