İsmayıllı şəhərinin icra nümayəndəsi tutulub – DTX və Baş Prokurorluğun birgə əməliyyatı

Koronovirus (COVID-19) infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması və onun neqativ təsirlərinin aradan qaldırılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə geniş miqyaslı kompleks siyasi, iqtisadi və sosial tədbirlər həyata keçirilir.
Dövlətin bu sahədə apardığı işlərə kölgə sala biləcək qanunsuz hərəkətlərə qarşı da ən ciddi mübarizə tədbirləri davam etdirilməkdədir.
Kanal8 xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun Mətbuat xidmətlərinin birgə məlumatında bildirilib.
Məlumatda qeyd olunub ki, İsmayıllı rayon icra hakimiyyəti başçısının İsmayıllı şəhəri üzrə icra nümayəndəsi Məhərrəm Əhmədovun qanunsuz hərəkətləri barədə daxil olmuş məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
Aparılmış tədbirlərlə Məhərrəm Əhmədov tərəfindən qanunsuz ödənişlər müqabilində “Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Nazirlər Kabinetinin 2 aprel 2020-ci il tarixli 124 nömrəli Qərarına zidd olaraq rayon ərazisində hüquqi şəxs və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə, eləcə də müvafiq kateqoriyalara aidiyyəti olmayan digər fiziki şəxslərə işləmələri barədə icazə.e-gov.az portalında qeydiyyatdan keçməyən arayışların verilməsi, habelə aztəminatlı ailələr üçün dövlət tərəfindən ayrılmış ərzaq sovqatlarının mənimsənilməsinə dair əsaslı şübhələr müəyyənləşib.
Şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin inzibati binasına və Məhərrəm Əhmədovun rayonun Mican kəndində yerləşən yaşadığı evə baxış keçirilərək müxtəlif fiziki şəxslərə məxsus plastik bank kartları aşkarlanıb və müəyyənləşib ki, sonuncu öz yaxın qohumlarının adlarına formal olaraq rəsmiləşdirməklə müxtəlif sayda plastik bank kartlarının alınmasına nail olub, bu yolla ümumilikdə 2016-2020-ci illər ərzində 12.400 manat məbləğində vəsaiti qanunsuz olaraq mənimib. Bununla yanaşı, baxış zamanı nağd pul, ayrı-ayrı şəxslərin adlarına guya işləmələri barədə verilmiş qanunsuz arayışlar və onlara dair qeydlər, habelə aztəminatlı ailələrə yardım məqsədilə nəzərdə tutulmuş ərzaq bağlamaları və digər əhəmiyyətli sənəd və əşyalar aşkar edilərək götürülüb.
İstintaq zamanı toplanmış ilkin sübutlar əsasında fakta görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb, M.Əhmədov şübhəli şəxs qismində tutulub.
Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların, o cümlədən Nazirlər Kabinetinin müvafiq qərarına zidd olaraq fiziki şəxslərə işləmələri barədə icazə.e-gov.az portalında qeydiyyatdan keçməyən arayışların verilməsi və aztəminatlı ailələr üçün dövlət tərəfindən ayrılmış ərzaq sovqatlarının mənimsənilməsi faktları hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin və həmin şəxslərin qanuni mənafelərini pozmuş olduqları vətəndaşların dairəsinin tam müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq bu qəbildən olan qanunazidd hallarla üzləşən vətəndaşlara müraciət edərək Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə məlumat vermələrini xahiş edir.
Digər xəbərlər
Azərbaycanda telefonlara proqram yükləməklə şəxsi məlumatları ələ keçirən kibercinayətkar həbs edilib - DTX-nin əməliyyatı
Bakı şəhəri Səbail rayon məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) davam edən cinayət işi üzrə təqsirləndirilən Azərbaycan Respublikası...
“Sputnik Azərbaycan”ın rəhbəri və baş redaktoru jurnalistikaya aid olmayan tapşırıqları yerinə yetirmək üçün Azərbaycanda olublar – BƏYANAT
“Sputnik Azərbaycan”ın rəhbəri İqor Kartavıx və baş redaktor Yevgeni Belousovun saxlanılmasının Rusiya Jurnalistlər İttifaqının açıq ...
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi isti və quru hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Bu barədə Kanal8-ə FHN-dən məlumat verilib. Bildir...
Ərdoğan: Bu gündən etibarən Türkiyə üçün yeni tarixi səhifə açılıb
Türkiyə 47 illik terror bəlasından PKK-nın dünən silahları təhvil verməsi ilə xilas olmağa başladı. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğ...
Türkiyədə güclü meşə yanğını başlayıb
Suriyanın Ləzkiyə bölgəsində meşəlik ərazidə baş verən yanğın, Türkiyənin cənub sərhədində yerləşən Hatayın Yayladağı rayonuna keçib. Günlərlə...
Avtomobillərin utilizasiyası sistemində boşluqlar: İşbazlar fürsətdən istifadə edirlər — VİDEO
Utilizasiya üçün rayonlarda məntəqələrin olmaması sakinlərin narazılığına səbəb olur. Kanal8 bu barədə “Xəzər Xəbər”ə istinadla xə...
Azərbaycanda zəlzələ olub
İsmayıllıda zəlzələ baş verib. Kanal8 xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Zəlzələlərin tədqiqatı ...
Tovuz döyüşlərindən 5 il ötür
Bu gün Tovuz döyüşlərinin növbəti ildönümüdür. Kanal8 xatırladır ki, Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan döyüşlərdən beş il ötür. ...