Aprel 27, 2020

Pandemiya ilə əlaqədar dəstək tədbirləri 4.8 milyon vətəndaşı əhatə edir

Prezident İlham Əliyevin siyasətinin mərkəzində vətəndaş amilinin dayanması pandemiya dövründə sosial rifaha dəstək istiqamətli tədbirlərlə bir daha təsdiqini tapır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Kanal8-ə verilən məlumata görə, sosial ödənişlərin davamlılığı təmin edilməklə, əsasən həssas qruplardan olan 2 milyon vətəndaşa sosial təminat növləri (pensiya, təqaüd, müavinət) üzrə ödənişlərin davamlılığı təmin edilib.

600 minədək aztəminatlı işsiz şəxsi əhatə edən birdəfəlik ödəmə proqramına, məşğulluq imkanlarının artırılması üçün 90 minədək şəxsin ödənişli ictimai işlərə cəlb olunmasına, özünüməşğulluq proqramı çərçivəsində minimum 12 min ailə kiçik təsərrüfatların qurulmasına başlanılıb.

82 min ailənin 340 minədək üzvü ünvanlı dövlət sosial yardımı ilə, 20 minədək şəxsin işsizlikdən sığorta ödənişi, 100 minədək aztəminatlı ailənin ərzaq yardımı ilə təminatı işləri aparılır.

Beləliklə, pandemiya ilə əlaqədar təkcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən dəstək tədbirləri 4,8 milyondan çox vətəndaşı və ya ölkə əhalisinin 48 faizini əhatə edir.


Digər xəbərlər


Əmək pensiyaları ilə bağlı qanuna dəyişikliyin detalları açıqlanıb

Əmək pensiyaları ilə bağlı qanuna dəyişikliyin detalları açıqlanıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Kanal8-ə verilən məlumata ...

Azərbaycanda heyvan ətinin maya dəyəri azalacaq

“Heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarət edilməsi və bu məqsədlə hər bir...

İyunun 24-də müavinət və sosial yardımlar ödəniləcək

İyunun 24-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. Bu barədə Kanal8-ə Əmək v...

Pensiyaların tam ödəniləcəyi tarix açıqlanıb

Respublika üzrə iyun ayının pensiyalarının ayın 14-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Bu barədə Kanal8-ə Əmək və Əhalinin So...

Pensiyaların ödəniləcəyi tarix açıqlanıb

İyunun 9-da Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənişinin həyata keçirilməsi nəzərdə tutulub. Bu barədə Kan...

Daha tez pensiyaya çıxa biləcək şəxslərin siyahısı genişləndirilir

Daha tez pensiyaya çıxa biləcək şəxslərin siyahısı genişləndirilir. Bununla bağlı “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklər təklif edil...

Ailə başçısını itirməyə görə əmək pensiyası ARTACAQ

Azərbaycanda ailə başçısını itirməyə görə əmək pensiyası artacaq. Bununla bağlı «Əmək pensiyaları haqqında» qanuna dəyişiklik layihəsi parlame...

Pensiyalar mayın 13-də tam ödəniləcək

Respublika üzrə may ayının pensiyalarının ayın 13-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Bu barədə Kanal8-ə Əmək və Əhalinin Sos...