Aprel 28, 2020

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda olmaq müddəti uzadılacaq

Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin diqqətinə çatdırılır ki, müraciətləri ilə bağlı mövcud vəziyyət mütəmadi olaraq təhlil edilir və fəaliyyətin günün tələblərinə uyğun təkmilləşdirilməsi istiqamətində tədbirlər görülür.

Bu barədə DMX-nin İctimaiyyətlə əlaqələr idarəsindən məlumat verilib.

Ölkəmizdə olduğu yer üzrə qeydiyyata alınmış, olma müddəti mayın 1-dən 31-dək bitən (və bitəcək) və məlum səbəblərdən ölkəni tərk edə bilməyən əcnəbilərin müraciətləri DMX tərəfindən qəbul edilmiş hesab olunur və bu şəxslərin Azərbaycanda olma müddətləri 30-60 gün müddətinə uzadılacaq.
Bunun üçün həmin şəxslər xidmətin internet səhifəsi (https://eservice.migration.gov.az/public/payments-search?lang=az) vasitəsilə ödəniş nömrəsini əldə edib, elektron qaydada (Hökumət Ödəniş Portalı, “ASAN ödəniş” sistemi və ya Expresspay terminalları vasitəsi ilə) dövlət rüsumunu ödədikdə (uzadılmış müddətə uyğun olaraq) ölkədə qanuni qala bilərlər.

Müvəqqəti olma müddətinin uzadılması barədə qərarların fiziki olaraq götürülməsi tələb edilmir. Zərurət olduğu təqdirdə həmin şəxslər xidmətin internet səhifəsi (https://eservice.migration.gov.az/public/application-track) vasitəsilə qərarları əldə edə bilərlər.

Ətraflı məlumat üçün Dövlət Miqrasiya Xidmətinin “Facebook”, “Twitter” səhifələrinə müraciət etmək və ya fasiləsiz rejimdə işləyən (012) 919 Çağrı Mərkəzi ilə əlaqə saxlamaq xahiş olunur.


Digər xəbərlər


Monqolustan paytaxtında etiraz aksiyaları keçirilir

Monqolustanın paytaxtı Ulan-Batorda 3 gündür davam edən etiraz aksiyaları nəticəsində 6 nəfər yaralanıb. Məlumatı xarici KİV-i yayıb. Bildi...

“WhatsApp”da video zənglər üçün yeni funksiya yaradılıb

“WhatsApp” mesencerinin istifadəçiləri videozənglərlə bağlı yeni funksiyaya giriş əldə edəcəklər. Bu barədə “WABetaInfo”nun mütəxəssisləri məl...

Zelenski “ilin adamı” seçilib

“Financial Times” qəzeti Ukrayna prezidenti Vladimir Zelenskini ilin adamı elan edib. Ukraynanın dövlət başçısı Böyük Britaniyanın əfsanəvi ba...

Hulusi Akar Azərbaycan-Türkiyə birgə hərbi təlimlərini izləyəcək

Türkiyənin milli müdafiə naziri Hulusi Akarın Azərbaycana səfərinin məqsədi açıqlanıb. Kanal8-in xəbərinə görə, bu barədə Müdafiə Nazirliyinin...

Yollar buz bağlaya bilər — Xəbərdarlıq

Şaxtalı hava şəraiti ilə əlaqədar yolların buz bağlaması ehtimalı var Milli Hidrometeorologiya Xidmətinin dekabrın 5-i saat 12:00-a olan məlum...

Türkiyədə sərnişin avtobusu tramvayla toqquşub — Xeyli sayda yaralı var

Türkiyənin İstanbul şəhərinin Alibeyköy rayonunda sərnişin avtobusu tramvayla toqquşub. Kanal8 “TRT”yə istinadən xəbər verir ki, ilkin məlumat...

Qeyri-sabit hava həftə sonunadək davam edəcək

Qeyri-sabit, yağıntılı hava şəraiti Bakı və Abşeron yarımadasında həftə sonunadək davam edəcək. Kanal8 xəbər verir ki, bunu Hidrometeoroloji P...

Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimi keçirilir

Azərbaycanla Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Azərbaycan-Türkiyə birgə təlimi keçirilir. Bu barədə Ka...