Bu şəhərdə məhdudiyyətlər mayın 15-dən yüngülləşdirilə bilər

“Nyu-York ştatında koronavirusun yayılmasının qarşısını almaq üçün tətbiq olunan karantin məhdudiyyətləri mayın 15-dən sonra bəzi bölgələrdə yüngülləşdirilə bilər”.
Kanal8-in xarici mətbuata istinadən verdiyi xəbərə görə, bunu Nyu-York ştatının qubernatoru Endryu Kuomo jurnalistlərlə görüşündə deyib.
Kuomo bildirib ki, mövcud qaydaya əsasən, karantin tədbirləri mayın 15-dək qüvvədə olacaq: “Çox güman ki, bu tədbirləri ştatın bir çox bölgəsində qüvvədə qalacaq. Lakin bəzi bölgələrdə mövcud epidemioloji vəziyyətdən asılı olaraq məhdudiyyətlərin yüngülləşdirilməsi imkanları nəzərdən keçirilə bilər. Bu, həddən artıq ehtiyatla həyata keçirilməlidir”.
Qubernator, həmçinin, ştatda ölüm hallarının azalmaqda davam etdiyini vurğulayıb: “Son bir gündə 337 nəfər ölüb, onlardan 313-ü xəstəxanada, 24-ü isə qocalar evində qeydə alınıb. Bir gün əvvəl bu göstərici 367 idi. Lakin ölümlərin sayı hələ də olduqca yüksək səviyyədə qalır”.
Digər xəbərlər
Azərbaycanda telefonlara proqram yükləməklə şəxsi məlumatları ələ keçirən kibercinayətkar həbs edilib - DTX-nin əməliyyatı
Bakı şəhəri Səbail rayon məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) davam edən cinayət işi üzrə təqsirləndirilən Azərbaycan Respublikası...
“Sputnik Azərbaycan”ın rəhbəri və baş redaktoru jurnalistikaya aid olmayan tapşırıqları yerinə yetirmək üçün Azərbaycanda olublar – BƏYANAT
“Sputnik Azərbaycan”ın rəhbəri İqor Kartavıx və baş redaktor Yevgeni Belousovun saxlanılmasının Rusiya Jurnalistlər İttifaqının açıq ...
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi isti və quru hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Bu barədə Kanal8-ə FHN-dən məlumat verilib. Bildir...
Ərdoğan: Bu gündən etibarən Türkiyə üçün yeni tarixi səhifə açılıb
Türkiyə 47 illik terror bəlasından PKK-nın dünən silahları təhvil verməsi ilə xilas olmağa başladı. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğ...
Türkiyədə güclü meşə yanğını başlayıb
Suriyanın Ləzkiyə bölgəsində meşəlik ərazidə baş verən yanğın, Türkiyənin cənub sərhədində yerləşən Hatayın Yayladağı rayonuna keçib. Günlərlə...
Avtomobillərin utilizasiyası sistemində boşluqlar: İşbazlar fürsətdən istifadə edirlər — VİDEO
Utilizasiya üçün rayonlarda məntəqələrin olmaması sakinlərin narazılığına səbəb olur. Kanal8 bu barədə “Xəzər Xəbər”ə istinadla xə...
Azərbaycanda zəlzələ olub
İsmayıllıda zəlzələ baş verib. Kanal8 xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Zəlzələlərin tədqiqatı ...
Tovuz döyüşlərindən 5 il ötür
Bu gün Tovuz döyüşlərinin növbəti ildönümüdür. Kanal8 xatırladır ki, Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan döyüşlərdən beş il ötür. ...