Aprel 28, 2020

Pandemiyadan zərər çəkmiş sahibkarlara dövlət maliyyə dəstəyi göstərir

27 aprel tarixinə İqtisadiyyat Nazirliyinə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün koronavirus (COVİD-19) pandemiyasından zərər çəkən 22 976 vergi ödəyicisi və maliyyə dəstəyi almaq üçün 73 760 fərdi (mikro) sahibkar, cəmi 96 736 vergi ödəyicisi müraciət edib.

Nazirlikdən Kanal8-ə verilən məlumata görə, muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində 178 587 işçini əhatə edən 19 061 sahibkarın müraciəti araşdırılaraq təsdiqlənib və ayrılacaq maliyyə vəsaitinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib.

Digər vergi ödəyiciləri üzrə araşdırmalar davam edir. İndiyədək təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 80,72 mln. manat, o cümlədən 1-ci mərhələ üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi 40,36 mln. manat təşkil edir. Aprelin 27-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 17 568 vergi ödəyicisinə 168 778 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 38,46 mln. manat vəsaitin köçürülməsi təmin edilib.

Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 73 760 vergi ödəyicisindən müraciət daxil olub, 67 497 müraciət araşdırılaraq təsdiqlənib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 44,42 mln. manat təşkil edir.

Aprelin 27-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən artıq 40,03 mln. manat vəsaitin 59 148 fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsi təmin edilib.


Digər xəbərlər


Azərbaycan nefti bahalaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı «Azeri LT CIF» markalı xam neftin qiyməti 1,55 ABŞ dolları, yaxud 1,8 % artıb. Kanal8 xəbər veri...

İcbari tibbi sığorta çərçivəsində xidmətlərin sayı artırılacaq

Azərbaycanda icbari tibbi sığorta çərçivəsində təqdim olunan xidmətlərin sayı artırılacaq. Kanal8-in məlumatına görə, bunu Milli Məclisin Səhi...

Neft ucuzlaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2021-ci ilin dekabr müqaviləsinin ...

Bu şəxslərin pensiyaları ÖDƏNİLİB

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə oktyabr ay...

Neft bahalaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2021-ci ilin dekabr müqaviləsinin ...

Sosial müavinətlərin və təqaüdlərin təyin olunması üçün yeni qayda müəyyənləşib

«Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması...

Ünvanlı sosial yardım ARTIB

2021-ci ilin sentyabr ayında orta hesabla 1 ailəyə ödənilən ÜDSY-nin məbləği artıb. Bu barədə Dövlət Sosial Müdafiə Fondundan (DSMF) Kanal8-ə ...

Sosial şəbəkələrin çökməsi dünya iqtisadiyyatına nə qədər zərər vurub?

Dünən axşam sosial şəbəkələrin çökməsi qlobal iqtisadiyyata da ziyansız ötüşməyib. NetBlocks şirkətinin hesablamalarına görə, Facebook, Instagram...