Aprel 28, 2020

Sürücülərin diqqətinə! – BNA cərimələri bərpa edir

Karantin rejimi ilə əlaqədar Bakı şəhərinin küçə və prospektlərində nəqliyyat sıxlığının olmamasını və bir çox ictimai iaşə obyektlərinin fəaliyyət göstərməməsini nəzərə alaraq, 21.03.2020-ci il tarixindən dayanma-durma və parklanma qaydalarını pozan sürücülərə qarşı inzibati tənbeh tədbirlərinin icrası müvəqqəti olaraq dayandırılıb.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, bu addımın həm də karantin rejimi günlərində şəhər sakinlərinə dəstək nümayiş etdirmək məqsədi ilə atılıb.

“27.04.2020 tarixindən karantin rejiminin yumuşaldılması eləcə də, bəzi xidmət və iş yerlərinin fəaliyyətinin bərpa olunması ilə küçələrdə nəqliyyat vasitələrinin və piyadaların intensivliyinin artması müşahidə olunmaqdadır. Nəticədə bəzi ərazilərdə dayanma-durma və parklanma qaydalarının pozulması avtomobillərin, eyni zamanda piyadaların hərəkətində maneələr yaradır, bəzi hallarda isə nəqliyyat sıxlığına gətirib çıxarır.

Mövcud vəziyyət müntəzəm və ekspres xətlər üzrə avtobusların hərəkət intervalına da mənfi təsir etməkdədir. Eyni zamanda bu hal sms vasitəsi ilə hərəkət icazəsi alan vətəndaşların da lüzumsuz yerə vaxt itirmələrinə səbəb olur.

Qeyd olunanları nəzərə alaraq, 01.05.2020-ci il tarixindən etibarən Agentlik tərəfindən dayanma-durma və parklanma qaydalarının pozulması nəticəsində problemlər müşahidə olunan ərazilər nəzarətə götürüləcək və inzibati xəta törədən sürücülərə qarşı müvafiq tədbirlər görüləcəkdir.

Bakı Nəqliyyat Agentliyi bir daha sürücüləri yol hərəkəti qaydalarına əməl etməyə, nəqliyyat vasitəsini idarə edərkən digər hərəkət iştirakçılarına qarşı anlayışlı olmağa dəvət edir”, -deyə qurumun yaydığı məlumatda qeyd olunub.


Digər xəbərlər


Vladimir Putin İlham Əliyevə zəng edib

Noyabrın 26-da Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Kanal8 xəbər ve...

Qanunsuz erməni silahlıları Azərbaycan Ordusunun Ağdam və Xocavənddəki mövqelərini atəşə tutub

Qanunsuz erməni silahlı dəstəsinin üzvləri Azərbaycan Ordusunun Ağdam və Xocavənd rayonları istiqamətlərində yerləşən mövqelərini atəşə tutub. ...

Ceyhun Bayramov Aİ-nin xüsusi nümayəndəsini Ermənistanın təxribatları barədə məlumatlandırıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə gör...

İlham Əliyevin oğlu Heydər Əliyev ailə həyatı qurub

Prezident İlham Əliyevin oğlu Heydər Əliyev ailə həyatı qurub. Bu barədə birinci xanım Mehriban Əliyeva paylaşım edib. «Dünən ailə üzvləri ...

MN: Qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus kvadrokopter ələ keçirilib

Qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus kvadrokopter ələ keçirilib. Bu barədə Kanal8-ə Müdafiə Nazirliyindən məlumat verilib. Rusiya...

Bakıda güclü külək əsəcək — Dağlıq ərazilərdə qar yağacaq

Bakıda və Abşeron yarımadasında noyabrın 27-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir....

Ermənistanın Azərbaycan ərazilərini minalaması məsələsi Cenevrədə müzakirə olunub

Ermənistanın Azərbaycan ərazilərini minalaması məsələsi Cenevrədə müzakirə olunub. Bu barədə Kanal8-ə Azərbaycan Minatəmizləmə Agentliyindən (...

Ermənistan Təhlükəsizlik Şurasının katibi Fransaya gedəcək

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Fransa və Almaniyaya işgüzar səfərə gedəcək. “Sputnik-Armeniya” xəbər verir ki, bu b...