Tokio Olimpiyadası ləğv oluna bilər

2021-ci ilə təxirə salınan Tokio-2020 Yay Olimpiya Oyunları ləğv oluna bilər.
Kanal8-in məlumatına görə, bunu yarışın Təşkilat Komitəsinin prezidenti Yoşiro Mori açıqlayıb.
O bildirib ki, Olimpiadanın təxirə salınmasına səbəb olan koronavirus pandemiyası nəzarətə götürülməsə dördilliyin mötəbər yarışı ləğv olunacaq. Morinin sözlərinə görə, 2021-ci il iyulun 23-də start götürməli olan yarış yenidən təxirə salınması mümkün deyil: “Əgər pandemiya təhlükəsi qalsa, Olimpiada 2022-ci ilə təxirə salınmayacaq. Belə olan halda yarış ləğv ediləcək. Oyunlar indiyədək yalnız müharibə illərində ləğv olunub. Əgər virusun qarşısı alınsa, Olimpiadanı gələn ilin yayında təşkil edəcəyik. Bütün insanlar buna ümid edir”.
Yaponiya Tibb Assosiasiyasının Olimpiadanın gələn il keçirilməsinin çox çətin olacağı ilə bağlı xəbərdarlıq edib. Qurumun rəhbəri Yositaki Yokokura bunun ağır olacağını bildirib: “Deməzdim ki, Olimpiadanı keçirmək olmaz. Amma bu çox çətin olacaq”.
Digər xəbərlər
Kahramanmaraşda zəlzələ olub
Türkiyənin Kahramanmaraş şəhərində 5,3 və 4 bal gücündə zəlzələlər olub. AFAD-ın yaydığı məlumata görə, zəlzələ yerin 7 km dərinliyində baş ve...
“Qarabağ” - “Qalatasaray” oyununu “Haber Global” canlı yayımlayacaq
“Qarabağ”la Türkiyənin “Qalatasaray” klubu arasında keçiriləcək xeyriyyə oyununu Türkiyənin “Haber Global” televiziya kanalı canlı yayımlayacaq. ...
Növbəti istirahət günlərində regionlarda gözlənilən hava şəraiti açıqlanıb
İstirahət günlərində regionlarda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Kanal8-ə verilən məlumata görə, Qəbəl...
Oqtay Əliyevin dəfn olunacağı yer dəyişdirilib
Əməkdar mədəniyyət işçisi, “SOY Production”un baş direktoru, prodüser Oqtay Əliyev bu gün “Qurd qapısı” qəbiristanlığında...
ÜST dünya miqyasında vəba təhlükəsi barədə xəbərdarlıq edib
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qlobal səviyyədə vəba təhlükəsi barədə xəbərdarlıq edib. Bu barədə təşkilatın hesabatında bəyan edilib. S...
Mehriban Əliyeva: Uca Allah etdiyiniz duaları, tutduğunuz orucu qəbul etsin!
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “İnstagram” hesabında Ramazan ayının başlanması münasibətilə paylaşım edib. Kanal8 ...
Bu gün AVRO-2024-ün seçmə mərhələsinə start veriləcək
Bu gün 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatının seçmə mərhələsinə start veriləcək. İlk olaraq C, H və J qruplarında səkkiz oyu...
Azərbaycanda Ramazan ayı başlayıb
Azərbaycanda Ramazan ayı başlayıb. Ramazan ayının ilk günü miladi təqvimlə 2023-cü il martın 23-dür. Belə ki, bununla bağlı Qafqaz Müsəlmanlar...