Aprel 29, 2020

20 min şəxsə birdəfəlik ödəmə verilməsindən imtina edilib – SƏBƏB

İki və daha çox daşınmaz əmlakı olan 20 min şəxsə birdəfəlik ödəmə verilməsindən imtina edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Kanal8-ə verilən məlumata görə, işsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul şəxslərdən ibarət aztəminatlılar üçün nəzərdə tutulan birdəfəlik ödəməni (190 manat) almaq məqsədilə müraciət edənlərdən 20 min şəxsin adında iki və daha çox daşınmaz əmlakı olduğu müəyyən edilib.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin informasiya bazasından əldə edilmiş məlumatlar əsasında iki və daha çox daşınmaz əmlakı olduğu aşkar edilən həmin vətəndaşlara birdəfəlik ödəmə verilməsindən imtina olunub. Bu barədə onlara SMS göndərilib. Həmin vətəndaşların sırasında 5, 10, hətta 40-dan çox əmlakı olan şəxslər də var.

Birdəfəlik ödəmə almaq üçün edilən müraciətlər müxtəlif dövlət qurumlarına məxsus olan ümumilikdə 25-dək elektron informasiya sistemlərindən əldə edilmiş məlumatlar əsasında emal olunaraq təhlil edilir və nəticəsinə uyğun obyektiv qərar verilir. Aztəminatlılıq meyarlarına uyğun gəlməyən şəxslərə birdəfəlik ödəmə təyin edilmir.

Xatırladaq ki, aprelin 27-nə olan məlumata görə, 400 min şəxsə birdəfəlik ödəmə təyin edilərək ödənişi aparılıb.

Birdəfəlik ödəmə almaq üçün edilmiş müraciətlərə baxılması prosesi davam edir. Daha 200 min şəxsə də ödəniş ediləcək.


Digər xəbərlər


Mehriban Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu Türkiyənin zəlzələ bölgəsinə humanitar yardım edir

Fevralın 6-da Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycanın birinci xanımı, He...

Heydər Əliyev Mərkəzinin binası Türkiyənin Dövlət bayrağı rəngində işıqlandırılacaq

Fevralın 6-da Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq, bu gündən etibarən Heydər Əl...

Müdafiə nazirinin müavini Türkiyənin Gəncədəki Baş konsuluna başsağlığı verib

Fevralın 7-də müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-leytenant Ənvər Əfəndiyev Türkiyə Respublikasının Gəncə şəhərin...

Türkiyənin zəlzələ bölgəsində dənizin səviyyəsi qalxıb - Küçələri su basıb

Türkiyənin Hatay vilayətinin İskəndərun şəhərində zəlzələdən sonra dənizin səviyyəsi qalxıb. Bu barədə “Habertürk” məlumat yayıb. Bildirili...

Vardanyan Qarabağdan Moskvaya qaçıb

Azərbaycanın Qarabağ iqtisadi bölgəsində, özünü Xankəndidəki qanunsuz rejimin “dövlət naziri” kimi təqdim edən rusiyalı milyader Ruben Vardanyan ...

Əfv Məsələləri Komissiyasının iclası keçirilir

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilir. Kanal8-in xəbərinə görə, iclasda komissiyaya daxil olan ...

Prezident Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yığıncaq iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaradılmasının 30 illiyi ilə əlaqədar yığıncaq iştirakçılarına təbrik ...

Türkiyədə fövqəladə vəziyyət elan edilib

Türkiyənin zəlzələ baş vermiş 10 əyalətində fövqəladə vəziyyət elan edilib. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib. O...