Aprel ayı üzrə ünvanlı sosial yardımlar ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 82 300 ailəyə (342 min ailə üzvü) aprel ayı üzrə ünvanlı sosial yardım ödənişini həyata keçirib.
Həmin ailələri təmsil edən, adlarına yardım vəsaiti köçürülən şəxslər evdən çıxmaq üçün müvafiq icazə əsasında həmin vəsaitləri istənilən bankın, həmçinin “Azərpoçt”un bankomatlarından və ya posterminallarından hər hansı faiz tutulmadan ala bilərlər.
Qeyd edək ki, ünvanlı dövlət sosial yardım proqramının əhatə dairəsi getdikcə genişləndirilir. Aprelin 1-dən ünvanlı sosial yardımı alan ailələrin sayı 12 min, o cümlədən ailə üzvlərinin sayı 50 min artıb.
Sosial yardımın hər ailəyə düşən orta aylıq məbləği də artmaqda davam edərək 223 manata çatıb.
Beləliklə, aprel ayı üzrə bütün pensiya, müavinət, təqaüd və sosial yardım ödənişi artıq yekunlaşıb.
Digər xəbərlər
Azərbaycanda heyvan ətinin maya dəyəri azalacaq
“Heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarət edilməsi və bu məqsədlə hər bir...
İyunun 24-də müavinət və sosial yardımlar ödəniləcək
İyunun 24-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. Bu barədə Kanal8-ə Əmək v...
Pensiyaların tam ödəniləcəyi tarix açıqlanıb
Respublika üzrə iyun ayının pensiyalarının ayın 14-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Bu barədə Kanal8-ə Əmək və Əhalinin So...
Pensiyaların ödəniləcəyi tarix açıqlanıb
İyunun 9-da Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənişinin həyata keçirilməsi nəzərdə tutulub. Bu barədə Kan...
Daha tez pensiyaya çıxa biləcək şəxslərin siyahısı genişləndirilir
Daha tez pensiyaya çıxa biləcək şəxslərin siyahısı genişləndirilir. Bununla bağlı “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklər təklif edil...
Ailə başçısını itirməyə görə əmək pensiyası ARTACAQ
Azərbaycanda ailə başçısını itirməyə görə əmək pensiyası artacaq. Bununla bağlı «Əmək pensiyaları haqqında» qanuna dəyişiklik layihəsi parlame...
Pensiyalar mayın 13-də tam ödəniləcək
Respublika üzrə may ayının pensiyalarının ayın 13-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Bu barədə Kanal8-ə Əmək və Əhalinin Sos...
Bakı, Sumqayıt və Abşeronda pensiyalar sabah ödəniləcək
Mayın 6-da Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənişinin həyata keçirilməsi nəzərdə tutulub. Bu barədə Kana...