Bakıda özünü nazirliyinin əməkdaşı kimi təqdim edərək insanlardan pul tələb edən şəxs saxlanılıb

Paytaxtda özünü Səhiyə Nazirliyinin əməkdaşı kimi təqdim edərək dezinfeksiya işləri üçün insanlardan pul tələb edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Nizami rayonunda ayrı-ayrı vətəndaşların evlərinə gedərək özünü guya Səhiyə Nazirliyinin əməkdaşı kimi təqdim etməklə həmin şəxslərin yaşadıqları ünvanda dezinfeksiya işləri aparılacağını və bu məqsədlə onlardan pul tələb edən şəxs saxlanılıb.
Rayon sakinlərindən Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə daxil olan çoxsaylı şikayətlər əsasında həyata keçirilən əməliyyat zamanı bu yolla insanlardan pul toplayan Cəlilabad rayon sakini Vasif Urşanov tutulub. O ifadəsində qeyd edib ki, Nizami rayonunda təxminən 30-dan artıq mənzilə gedərək dezinfeksiya işləri adı altında sakinlərdən pul tələb edib. O, pul vermək istəməyən şəxslərə əks təqdirdə Səhiyyə Nazirliyi tərəfindən 28 manat cərimə olunacaqlarını bildirib.
Vasif Urşanovun üzərinə baxış zamanı getdiyi evlərin ünvanlarını qeyd etdiyi kitabça da aşkar olunub.
Araşdırma zamanı Vasif Urşanov barəsində Cəlilabad Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 177.2.3 və 234.1 maddələri ilə cinayət işinin icraatda olduğu məlum olub. Faktla bağlı 24-cü Polis Şöbəsində araşdırmalar davam etdirilir. Vasif Urşanov əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.
Digər xəbərlər
Mehriban Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu Türkiyənin zəlzələ bölgəsinə humanitar yardım edir
Fevralın 6-da Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycanın birinci xanımı, He...
Heydər Əliyev Mərkəzinin binası Türkiyənin Dövlət bayrağı rəngində işıqlandırılacaq
Fevralın 6-da Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq, bu gündən etibarən Heydər Əl...
Müdafiə nazirinin müavini Türkiyənin Gəncədəki Baş konsuluna başsağlığı verib
Fevralın 7-də müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-leytenant Ənvər Əfəndiyev Türkiyə Respublikasının Gəncə şəhərin...
Türkiyənin zəlzələ bölgəsində dənizin səviyyəsi qalxıb - Küçələri su basıb
Türkiyənin Hatay vilayətinin İskəndərun şəhərində zəlzələdən sonra dənizin səviyyəsi qalxıb. Bu barədə “Habertürk” məlumat yayıb. Bildirili...
Vardanyan Qarabağdan Moskvaya qaçıb
Azərbaycanın Qarabağ iqtisadi bölgəsində, özünü Xankəndidəki qanunsuz rejimin “dövlət naziri” kimi təqdim edən rusiyalı milyader Ruben Vardanyan ...
Əfv Məsələləri Komissiyasının iclası keçirilir
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilir. Kanal8-in xəbərinə görə, iclasda komissiyaya daxil olan ...
Prezident Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yığıncaq iştirakçılarına müraciət ünvanlayıb
Prezident İlham Əliyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaradılmasının 30 illiyi ilə əlaqədar yığıncaq iştirakçılarına təbrik ...
Türkiyədə fövqəladə vəziyyət elan edilib
Türkiyənin zəlzələ baş vermiş 10 əyalətində fövqəladə vəziyyət elan edilib. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib. O...