Aprel 29, 2020

British Airways 12 minə yaxın iş yerini ixtisar etməyi planlaşdırır

British Airways koronavirus pandemiyası səbəbi ilə 42.000 nəfərlik işçi qüvvəsindən 12000 işi ixtisar etməyi planlaşdırır. Aviaşirkətin ana şirkəti olan IAG hava səyahətinə olan tələbatın 2019 səviyyəsinə qayıdana qədər “yenidən qurulma və ixtisar proqramı” tətbiq etmək lazım olduğunu söyləyib.

IAG eyni zamanda İspaniyanın İberia və İrlandiyanın Aer Lingus hava yollarına sahibdir.

Açıqlamada IAG bildirib ki: “Təkliflər məsləhətləşmə ilə həyata keçirilir, lakin çox güman ki, bu qərar British Airways-in işçilərinin əksəriyyətinə təsir edəcək və onların 12000-dək nəfəri ixtisarla üzləşə bilər”.

IAG-ın açıqlaması ilə yanaşı, BA-nın icraçı direktoru Alex Cruz işçilərə göndərdiyi məktubda yazir: “Son bir neçə həftə ərzində aviasiya sənayesi daha da pisləşib və biz məsələ ilə bağlı tədbirlər görməliyik. Biz güclü, yaxşı idarə olunan bir şirkətik,yüz illik tariximizdə bir çox böhranlarla üzləşdik və onları dəf etdik. Bu böhranı da özümüz həll etməliyik. BA üçün təyin olunmuş hər hansı bir dövlət yardımı yoxdur və vergi ödəyicisinin maaşları müddətsiz ödəməsini gözləyə bilmərik … Bəzi işçilərin komandamızdan çıxdığını görəcəyik”.


Digər xəbərlər


Əmək pensiyaları ilə bağlı qanuna dəyişikliyin detalları açıqlanıb

Əmək pensiyaları ilə bağlı qanuna dəyişikliyin detalları açıqlanıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Kanal8-ə verilən məlumata ...

Azərbaycanda heyvan ətinin maya dəyəri azalacaq

“Heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarət edilməsi və bu məqsədlə hər bir...

İyunun 24-də müavinət və sosial yardımlar ödəniləcək

İyunun 24-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. Bu barədə Kanal8-ə Əmək v...

Pensiyaların tam ödəniləcəyi tarix açıqlanıb

Respublika üzrə iyun ayının pensiyalarının ayın 14-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Bu barədə Kanal8-ə Əmək və Əhalinin So...

Pensiyaların ödəniləcəyi tarix açıqlanıb

İyunun 9-da Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənişinin həyata keçirilməsi nəzərdə tutulub. Bu barədə Kan...

Daha tez pensiyaya çıxa biləcək şəxslərin siyahısı genişləndirilir

Daha tez pensiyaya çıxa biləcək şəxslərin siyahısı genişləndirilir. Bununla bağlı “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklər təklif edil...

Ailə başçısını itirməyə görə əmək pensiyası ARTACAQ

Azərbaycanda ailə başçısını itirməyə görə əmək pensiyası artacaq. Bununla bağlı «Əmək pensiyaları haqqında» qanuna dəyişiklik layihəsi parlame...

Pensiyalar mayın 13-də tam ödəniləcək

Respublika üzrə may ayının pensiyalarının ayın 13-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Bu barədə Kanal8-ə Əmək və Əhalinin Sos...