Aprel 29, 2020

Heydər Əliyev Fondunun həyata keçirdiyi “Biz birlikdə güclüyük” sosial layihəsi davam edir

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar elan olunmuş xüsusi karantin rejimi dövründə Heydər Əliyev Fondunun həyata keçirdiyi “Biz birlikdə güclüyük” sosial layihəsi davam edir.

Aprelin 28-də layihə çərçivəsində Fondun “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri tərəfindən Bakı, Gəncə şəhərlərində, Lənkəran, Masallı və Cəlilabad rayonlarında aztəminatlı və digər həssas kateqoriyadan olan ailələrə ərzaq sovqatları paylanılacaq.

Ərzaq bağlamaları layihə üzrə istifadəyə verilmiş “bizbirlikdegucluyuk.az” portalına daxil olan müraciətlər əsasında ünvanlara çatdırılıb.

Qeyd edək ki, portalın məqsədi karantin rejimi dövründə aztəminatlı və digər həssas kateqoriyadan olan ailələri və onlara yardım göstərmək istəyən şəxsləri virtual məkanda bir araya gətirmək və bu işdə vətəndaş həmrəyliyini genişləndirməkdir.

Portala indiyədək 200 mindən çox müraciət daxil olub. Hazırda portalda vətəndaşlardan olan müraciətlərin qeydiyyatı dayandırılıb. Portala əlavə ianələr daxil olduğu təqdirdə qeydiyyat bərpa olunacaq.

Hazırda müraciətlərin təhlili və sovqatların ünvanlara çatdırılması istiqamətində işlər davam etdirilir.

Bugünədək Regional İnkisaf Birliyinin könüllülərinin iştirakı ilə paytaxt və regionlarda 100 mindən çox ailəyə ərzaq bağlaması çatdırılıb. Könüllülər, həmçinin vətəndaşlara pandemiya ilə mübarizədə dövlətin həyata keçirdiyi qabaqlayıcı və preventiv tədbirlər, şəxsi gigiyena qaydaları, sosial təcridolmanın vacibliyi barədə məlumatlar verir, maarifləndirici materiallar paylayırlar.

Layihənin əsas donoru Heydər Əliyev Fondudur. Aksiyanın əsas dəstəkləyicisi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və “Pasha Holding” MMC-dir.


Digər xəbərlər


Yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin bir hissəsi Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə köçürüləcək

Yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrdən Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə də vəsait köçürüləcək. Bu, Prezident İlham Əliyevi...

Zaur Mikayılov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri təyin edilib

Zaur Rauf oğlu Mikayılov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri təyin edilib. Kanal8-in xəbərinə görə, bununla bağlı Prezident İl...

29 marta qədər ödənişi edilmiş avtomobillərin Azərbaycana gətirilməsinə icazə veriləcək - RƏSMİ

Nazirlər Kabinetinin 2023-cü il 29 mart tarixli “İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsini...

İlham Əliyev Əmlak Məsələləri Dövlət Xidmətinin yeni inzibati binasının açılışında iştirak edib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin paytaxt Bakıda yeni inzibati binası istifadəyə verilib. Kanal8 xəbər verir k...

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı açıqlanıb

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı müəyyənləşib. Komissiyanın növbəti toplantısı aprelin 5-də...

Çin Müdafiə Nazirliyi ABŞ-a xəbərdarlıq edib

“Çin ordusu Rusiya Silahlı Qüvvələri ilə əməkdaşlığı gücləndirəcək”. TASS xəbər verir ki, bunu Çin Müdafiə Nazirliyinin sözçüsü Tan Kefei deyi...

Bu yolda hərəkət məhdudlaşdırılacaq

2 aprel saat 08:00-dan saat 22:00–dək Bakı şəhəri, Nərimanov rayonu, Baksol yolunda dəmir yolu xətti üzərində aparılacaq təmir işləri ilə əlaqəda...

“The Wall Street Journal”ın əməkdaşı Rusiyada saxlanılıb

Amerika Birləşmiş Ştatlarının “Wall Street Journal”ın müxbiri Rusiyada casusluq ittihamı ilə saxlanılıb. Bu barədə Rusiya Federal ...