Aprel 29, 2020

Malların oğurlanması baş verdiyi gün vergi tutulan əməliyyatın vaxtı sayılır

Vergi Məcəlləsinin 166.2-ci maddəsinə əsasən, malların (işlərin, xidmətlərin) qeyri-kommersiya məqsədləri üçün verildiyi vaxt, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması baş verdiyi gün vergi tutulan əməliyyatın vaxtı sayılır.

Kanal8 Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, bu fikirləri iqtisadçı ekspert İsmayıl Bağırov deyib.

Onun sözlərinə görə, maddənin tətbiqinin əsas məqsədi malların qeyri-kommersiya məqsədləri üçün verildikdə, o cümlədən malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması baş verdiyi halda vergi tutulan əməliyyatın vaxtını müəyyən etməkdir.

Ekspert qeyd edib ki, Vergi Məcəlləsinin vergi tutulan əməliyyatın vaxtını müəyyən edən 166-cı maddənin müddəalarına əsasən, ƏDV tutulan əməliyyatın vaxtı təqdim olunmuş mallar üçün ödəmənin aparıldığı vaxtdır: “Ödəmə dedikdə, təqdim edilmiş malların və ya xidmətlərin ƏDV-siz dəyərinin ödənilməsi nəzərdə tutulur. Vergi Məcəlləsinin 166.2-ci maddəsinə əsasən isə vergiödəyicisi malları ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa, malların qeyri-kommersiya məqsədləri üçün verildiyi vaxt və malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması baş verdiyi gün ƏDV tutulan əməliyyatın vaxtı sayılır”.


Digər xəbərlər


Pensiya alanların nəzərinə!

Mayın 23-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirli...

"Bu, yaşayış minimunun artırılması üçün imkanlar yaradacaq" - Deputat

“”Yaşayış minimumu haqqında” qanunda dəyişiklik edilir. Yeni dəyişikliklərə əsasən, tibb və təhsil müəssisələri ilə yanaşı,  so...

Azad edilmiş ərazilərdə yeni yaradılan iş yerlərinin sayı 86% artıb - Siyahı

2025-cü ilin I rübündə işğaldan azad edilmiş rayonlarda 543 yeni iş yeri yaradılıb. Kanal8-in Dövlət Statistika Komitəsinin hesabatı əsasında ...

Pensiyalar bu tarixdə TAM ÖDƏNİLƏCƏK

Dövlət Sosial Müdafiə Fondu tərəfindən may ayının 23-də respublika üzrə bütün pensiya və təqaüdlərin ödənilməsi nəzərdə tutulub. Bu barədə Kan...

Azərbaycanda orta aylıq əməkhaqqı artıb

Bu ilin I rübündə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrünə nisbətən 10 % artaraq ...

Ötən ay Azərbaycanda ən çox bahalaşan və ucuzlaşan məhsullar açıqlanıb - SİYAHI

Bu ilin aprel ayında əvvəlki aya nisbətən ən çox bahalaşan və ucuzlaşan məhsullar açıqlanıb. Kanal8-ə bu barədə Dövlət Statistika Komitəsindən...

1600 manatadək artırılan müavinət kimlərə VERİLİR? - DETALLAR

“Bu ildən məbləği artırılan birdəfəlik müavinətlərdən biri də cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə ol...

“Bitkoin” kəskin bahalaşıb

Dünyanın ən böyük kriptovalyutası olan “Bitkoin”in qiyməti bu il ilk dəfə 105 min dolları ötüb. Bakı vaxtı ilə saat 05:05-ə olan məlumata görə...