Aprel 30, 2020

Əmək müqaviləsi olan 320 min şəxsə 190 manat verilməyib

İşsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul şəxslərdən ibarət aztəminatlılar üçün nəzərdə tutulan birdəfəlik ödəmə (190 manat) proqramına müraciət etmiş şəxslərdən 320 min şəxsin adına aktiv əmək müqaviləsi olduğu müəyyən olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, qanunvericiliyə uyğun olaraq, Nazirliyin “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olan şəxslər işsiz hesab edilmirlər və onlara birdəfəlik ödəmə təyin edilmir.

Bu səbəbdən aktiv əmək müqaviləsi aşkar edilən həmin 320 min şəxsə ödəmənin verilməsindən imtina edilib və onlara göndərilən SMS-də imtinanın səbəbi göstərilib.

Vətəndaşların birdəfəlik ödəmənin alınması üçün etdikləri hər bir müraciət müxtəlif dövlət qurumlarının ümumilikdə 25 elektron informasiya sistemlərindən əldə edilmiş məlumatlar əsasında emal olunur və nəticəsi əsasında qərar qəbul edilir.

Onu da bildirək ki, aprelin 9-dan birdəfəlik ödəmələrin verilməsi işləri aparılır və bu günədək 500 min şəxs üçün birdəfəlik ödəmə vəsaiti köçürülüb.


Digər xəbərlər


Ünvanlı sosial yardımın ödəniş tarixi AÇIQLANIB

Sentyabrın 25-də ünvanlı dövlət sosial yardımının ödənilməsi nəzərdə tutulub. Bu barədə Dövlət Sosial Müdafiə Fondundan (DSMF) verilən məlumat...

Bu həftə bütün müavinət, təqaüd və kompensasiyalar ödəniləcək

Sentyabrın 24-də bütün müavinət, təqaüd və kompensasiyaların ödənilməsi nəzərdə tutulub. Bu barədə Kanal8-ə Dövlət Sosial Müdafiə Fondundan mə...

“Aİ-95” və “Aİ-98” benzinin qiyməti sabahdan qalxacaq

Azərbaycanda sabahdan etibarən “Aİ-95” premium və “Aİ-98” super markalı benzinin qiymətində dəyişiklik ediləcək. Kanal8 oxu.az-a istinadən xəb...

Azərbaycan nefti bahalaşır

Azərbaycan nefti bahalaşıb. “Azeri Light” markalı neftin bir barelinin dəyəri 0,57 ABŞ dolları və ya 0,78 faiz artıb. Nəticədə dünya bazarı...

Pensiyalar bu tarixdə tam ödəniləcək — RƏSMİ

Respublika üzrə pensiyaların sentyabrın 15-də tam ödənilərək, yekunlaşdırılması nəzərdə tutulub. Kanal8 xəbər verir ki, bu barədə Əmək və Əhal...

Mərkəzi Bank banklara göstəriş verib

Tədavüldə olan pul nişanlarının keyfiyyətinin yüksək səviyyədə saxlanılması, pulların saxtalaşdırılmasına qarşı mübarizənin effektiv təşkili və n...

Neft bahalaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2021-ci ilin noyabr müqaviləsinin də...

Bakı, Sumqayıt və Abşeronda yaşayan pensiyaçılara VACİB XƏBƏR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə...