Aprel 30, 2020

OPEC+ çərçivəsində Azərbaycanda hasilatın müvəqqəti məhdudlaşdırılması ilə bağlı tədbirlərin icrası SOCAR-a tapşırılıb

Kanal8 bu barədə SOCAR-a istinadən xəbər verir.

Məlumatda deyilir ki, 9 aprel 2020-ci il tarixində OPEC+ formatının 23 iştirakçı ölkəsi dünya bazarlarında COVID-19 pandemiyasının təsirindən yaranan iqtisadi resessiya şəraitini müzakirə etmiş, neftə olan tələb-təklifin tarazlaşdırılması üçün cari ilin 1 may tarixindən etibarən neft hasilatının gündəlik 9,7 milyon barel həcmində azaldılması barədə razılığa gəlib. Azərbaycan Respublikası, OPEC+ iştirakçısı kimi görüşdə iştirak etmiş və digər ölkələrlə birlikdə üzərinə hasilatın könüllü azaldılması ilə bağlı mütənasib öhdəliklər götürmüşdür.Razılaşmanın yeni şərtlərinin müzakirəsində Azərbaycan Respublikasını təmsil etməyə səlahiyyəti olan Energetika Nazirliyi, razılaşmanın şərtlərini və respublikanın öz üzərinə götürdüyü öhdəlikləri açıqlayıb. Energetika Nazirliyi tərəfindən hasilatın müvəqqəti azaldılması kvotalarının ölkədəki hasilatçılar arasında mütənasib şəkildə bölünməsi təklif edilmiş və təklifin icrasının təmin edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin tapşırığı ilə Dövlət Neft Şirkətinə həvalə olunub.

OPEC+ razılaşmasının şərtlərinə əsasən, hasilatın müvəqqəti məhdudlaşdırılması 2020-ci ilin may və iyun ayları, 2020-ci ilin iyul-dekabr ayları arasında və 2021-ci ilin yanvar -2022-ci ilin aprel ayları arasında isə 620 min bareldən yuxarı olmamalıdır.

Qeyd olunan göstəricilər yalnız xam neftin hasilatına aiddir. Məhdudiyyətlər qaz kondensatının hasilatına şamil edilmir.

Beləliklə, cari ilin may-iyun aylarında ölkə üzrə xam neft hasilatının 2020-ci il üzrə təsdiq edilmiş plan göstəricilərinə nisbətən, gündəlik olaraq, 96* min, iyul-dekabr aylarında 63* min, 2021-ci ilin yanvar – 2022-ci ilin aprel ayları arasında isə 30* min barel həcmində azaldılması nəzərdə tutulur.

SOCAR-ın “Azneft” İstehsalat Birliyi ilk dövrdə gündəlik hasilatı 17* min barel həcmində azaldaraq 100* min barel səviyyəsinə endirməyi, sonrakı dövrdə tədricən artıraraq, ümumi hasilata gündəlik 5* min barel, gələn ildən etibarən isə daha 6* min barelin əlavə edilməsini, beləliklə, 2021-ci ildə ümumi xam neft hasilatının gündəlik 111* min barel səviyyəsinə çatdırılmasını özündə əks etdirən proqram hazırlamışdır.

“Azəri-Çıraq-Dərinsulu Günəşli” yataqlarının gündəlik hasilatının may və iyun aylarında 76* min barel azaldılması nəzərdə tutulur. Sonrakı dövrdə yataqların əməliyyatçısı olan Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) hasilatda gündəlik 27* min barel, gələn ildən etibarən isə, əlavə olaraq, gündəlik 26* min barel artıra biləcək. Beləliklə, 2021-ci ildə ABƏŞ üzrə hasilatın səviyyəsi gündəlik 487* min barel səviyyəsində proqnozlaşdırılır.

Digər əməliyyat şirkətləri hasilat səviyyəsini ilk dövrdə gündəlik 3* min barel azaldacaq, iyul-dekabr aylarında gündəlik 1* min barel, gələn il isə daha 1* min barel artıra biləcəklər.

OPEC+ razılaşmasından irəli gələn tədbirlər nəticəsində cari ilin may-dekabr aylarında Azərbaycanın xam neft hasilatı ümumilikdə 17.4 milyon barel azaldılaraq, 141.8 milyon barel təşkil edəcək. 2021-ci ildə ölkə üzrə bu göstərici 30.7 milyon ton və ya 226.3 milyon barel həcmində proqnozlaşdırılır. Qaz-kondensat yataqlarını istismar edən “Şahdəniz” konsorsiumunun və “Umid Babek Operating Company” əməliyyat şirkətinin karbohidrogen hasilatı, eyni zamanda SOCAR-ın “Azneft” İB-nin və “Bahar Energy Operating Company Limited” əməliyyat şirkətinin kondensat hasilatı bu göstəricilərə daxil deyil.

2020-ci ilin sonunadək SOCAR-ın “Azneft” İB-də əməliyyat effektivliyini nəzərə alaraq, bir neçə yataqda hasilatın müvəqqəti məhdudlaşdırılması və avadanlıqlarının sənayedə qəbul edilmiş tələblərə uyğun şəkildə konservasiya edilməsi planlaşdırılır. Hasilatın məhdudlaşdırılması prosesində qərarvermə mexanizminin başlıca amilləri kimi yatağın istismarının iqtisadi səmərəliliyi, texniki dayanıqlığı, sənaye təhlükəsizliyi və ətraf mühitə mənfi təsirin minimuma endirilməsi prinsipləri əsas götürüləcəkdir. Əsasən quruda yerləşən və hasilatın maya dəyəri yüksək olan neft və qaz yataqlarında istismarın dayandırılması, daha yüksək rentabellik göstəricilərinə malik dənizdə yerləşən bəzi yataqlarda isə istismarın davam etdirilməsi nəzərdən keçirilir.

Hasilatın müvəqqəti məhdudlaşdırılması nəticəsində SOCAR-da sərbəstləşən işçilərin əksəriyyəti quyuların konservasiya işlərinə və avadanlıqların texniki xidmətinə cəlb olunacaqlar.

Odur ki, hazırda bəzi yataqların istismarının dayandırılması ilə bağlı işçilərin kütləvi surətdə ixtisara salınması gözlənilmir. Sərbəstləşən işçilər isə Kadrların Ehtiyat Bazasına (KEB) daxil ediləcək, onların SOCAR-ın müəssisə və təşkilatlarının siyahı tərkibində saxlanılması üçün əmək qanunvericiliyinin verdiyi imkanlar çərçivəsində tədbirlər görüləcəkdir. Şirkətdaxili vakansiyalar üzrə (əgər həmin ixtisas üzrə KEB-də namizəd varsa) kənardan işə qəbulun dayandırılması və vakansiyaların KEB-də mövcud olan işçilər hesabına yerləşdirilməsi, eləcə də işçilərin yenidən hazırlanması və yeni peşələrə yiyələnmələri üçün kadr hazırlığı mərkəzlərində təlimlərə cəlb olunması da nəzərdə tutulub.


Digər xəbərlər


Dini qurumlara ianələr bank kartları vasitəsilə də ediləcək

Azərbaycanda dini qurumlar ianə edilmiş pul vəsaitlərini plastik kart və elektron ödəmə sistemləri vasitəsilə qəbul edə biləcəklər. Kanal8-in ...

Azərbaycan neftinin qiyməti yenidən 91 dolları ötüb

Dünya bazarında «Azeri Light» (CIF) markalı neftin qiyməti artıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,06 ABŞ dolları və ya 2,3% artara...

İşsizlikdən sığorta ödənişi ilə bağlı gözləmə müddəti ləğv edilib - Staj tələbi azaldılıb

İşsizlikdən sığorta ödənişi ilə bağlı gözləmə müddəti ləğv edilib, staj tələbi azaldılıb. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyin...

Yaxın zamanda pensiyanın yenidən hesablanması təyinatı rəsmiləşəcək — DSMF

Praktik qaydada pensiyanın yenidən hesablanması təyinatı ilə bağlı hazırda müzakirələr gedir. Yaxın zamanlarda bu rəsmiləşəcək. Kanal8 xəbər v...

Azərbaycan neftinin qiyməti 92 dolları keçib

Dünya bazarında «Azeri Light» markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,93 ABŞ dolları, yaxud 2,13 % artaraq 92,49 ABŞ dollarına çatıb. ...

Pensiyaların artımla nə vaxt veriləcəyi AÇIQLANIB

DOST Agentliyi pensiyaların artımla nə vaxt veriləcəyini açıqlayıb. Kanal8-in məlumatına görə, DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini...

Ölkə üzrə bütün pensiyalar bu tarixdə ÖDƏNİLƏCƏK

Respublika üzrə bütün pensiyaların yanvarın 14-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Bu barədə Kanal8-ə Əmək və Əhalinin Sosial...

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödənilib

Bu gün Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə yanvar ayının pensiyalarının ödənişi həyata keçirilib. Kanal8 xəbər verir ki, ...