Aprel 30, 2020

Prezident Biləsuvar İcra başçısını vəzifəsindən azad edib – SƏRƏNCAM

Prezident İlham Əliyev Mahir Quliyevin Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Mahir Hacı oğlu Quliyev Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Qeyd edək ki, 1958-ci il təvəllüdlü M.Quliyev “Naxçıvan” universitetini bitirib. 1975-1977-ci illərdə Kəlbəcər rayon kolxoz tikinti idarəsində işləyib. 1980-1981-ci illərdə “Azərnəqliyyat” tikinti trestində usta, 1981-2005-ci illərdə isə o zamankı “26 Bakı Komissarı” adına rayonun İctimai iaşə idarəsi nəzdində müxtəlif vəzifələrdə çalışıb. 2005-ci ildə keçirilən bələdiyyə seçkilərində Səbail bələdiyyəsinin üzvü seçilib və 2006-cı ilədək bələdiyyə sədrinin müavini postunu tutub. O, 2006-2011-ci illərdə Astara Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. 26 aprel 2011-ci ildən iniyədək Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini tuturdu.

Dünən Mahir Quliyevevin Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanıldığı barədə xəbər yayılmışdı.


Digər xəbərlər


Lavrov Rusiyanın ən yüksək mükafatı ilə təltif olunub

Rusiya prezidenti Vladimir Putin Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrova Rusiyanın ən yüksək mükafatı olan Müqəddəs Apostol Endry...

Ərdoğan növbəti seçkilərdə namizəd olacaq?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə keçiriləcək növbəti prezident seçkilərində namizədliyini irəli sürmək niyyətində deyil. Kanal8 ...

"Kreml bununla razılaşmayıb" - Peskov

Rusiya və Ukrayna nümayəndə heyətləri arasında növbəti danışıqların Vatikanda keçirilməsi ilə bağlı heç bir razılaşma olmayıb. Bunu Rusiya pre...

İsrail səfiri Azərbaycana təşəkkür edib

İsrailin Bakıdakı səfiri Corc Dik Azərbaycana İsrail diplomatlarına və ölkədəki yəhudi icmasına dəstək və müdafiəyə görə təşəkkür edib. Bu bar...

Netanyahu: İsrail diplomatik missiyalarının təhlükəsizliyini gücləndirəcək

İsrail dünya üzrə səfirliklərində təhlükəsizlik tədbirlərini gücləndiriləcək. “Times of Israel”-in məlumatına görə, bunu İsrailin ...

Azərbaycan XİN İsrailə başsağlığı verib

“Vaşinqtonda dəhşətli hücum nəticəsində həlak olan iki israilli diplomatın ailələrinə və İsrail dövlətinə dərin hüznlə başsağlığı veririk&#...

Azərbaycan səfiri İran XİN müavini ilə ikitərəfli əlaqələri müzakirə edib

Azərbaycanın İrandakı səfiri Əli Əlizadə İran xarici işlər nazirinin beynəlxalq və hüquqi məsələlər üzrə müavini, Xəzər dənizi məsələri üzrə xüsu...

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov mayın 21-də Azərbaycanda səfərdə olan Türkiyə Quru Qoşunlarının 1-ci Ordu komandiri ord...